Azərbaycandan Ermənistana qayıtmış əsirlər dindirilib

2021/07/timth-1626935073.jpg
Oxunub: 2092     11:59     22 İyul 2021    
2020-ci ilin Qarabağ müharibəsi ilə bağlı indiyə qədər könüllü şəkildə əsir düşmək faktı ilə bağlı heç bir cinayət işi açılmayıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan polisindən və Ermənistan İstintaq Komitəsindən verilən cavablarda qeyd olunub.

Ermənistan İstintaq Komitəsindən bildiriblər ki, Azərbaycandan qayıtmış bütün hərbi əsirlərin və əsir götürülmüş şəxslərin iştirakı ilə böyükmiqyaslı istintaq (eləcə də dindirilmələr) və başqa prosessual tədbirlər həyata keçirilib və həyata keçirilir.

“İcraatı həyata keçirən orqan tərəfindən hərbi qulluqçuların, ehtiyat qoşununa daxil edilmiş xidmətçilərin və könüllülərin əsir götürülməsi hallarının aydınlaşdırılması istiqamətində araşdırma aparılır. Alınan məlumatlar operativ şəkildə səlahiyyətli dövlət orqanlarına, eləcə də beynəlxalq qurumlara ötürülür” - deyə Ermənistan İstintaq Komitəsinin kriminalistika baş idarəsi kriminalistika idarəsinin rəisi Rafayel Vardanyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Əsir   Dindirilmə  


Azərbaycandan Ermənistana qayıtmış əsirlər dindirilib

2021/07/timth-1626935073.jpg
Oxunub: 2093     11:59     22 İyul 2021    
2020-ci ilin Qarabağ müharibəsi ilə bağlı indiyə qədər könüllü şəkildə əsir düşmək faktı ilə bağlı heç bir cinayət işi açılmayıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan polisindən və Ermənistan İstintaq Komitəsindən verilən cavablarda qeyd olunub.

Ermənistan İstintaq Komitəsindən bildiriblər ki, Azərbaycandan qayıtmış bütün hərbi əsirlərin və əsir götürülmüş şəxslərin iştirakı ilə böyükmiqyaslı istintaq (eləcə də dindirilmələr) və başqa prosessual tədbirlər həyata keçirilib və həyata keçirilir.

“İcraatı həyata keçirən orqan tərəfindən hərbi qulluqçuların, ehtiyat qoşununa daxil edilmiş xidmətçilərin və könüllülərin əsir götürülməsi hallarının aydınlaşdırılması istiqamətində araşdırma aparılır. Alınan məlumatlar operativ şəkildə səlahiyyətli dövlət orqanlarına, eləcə də beynəlxalq qurumlara ötürülür” - deyə Ermənistan İstintaq Komitəsinin kriminalistika baş idarəsi kriminalistika idarəsinin rəisi Rafayel Vardanyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Əsir   Dindirilmə  


Bizi "telegram"da izləyin