Vətən müharibəsi şəhidlərinin övladları üçün “Mənim atam qəhrəmandır” adlı bayram tədbiri keçirilib

2021/07/w_161-1626889864.jpg
Oxunub: 482     21:13     21 İyul 2021    
İyulun 21-də Qurban bayramı münasibətilə “Fire Land Production”nın və Müdafiə Nazirliyinin təşkilatçılığı, “Flame Towers”, Azərbaycan Boks Federasiyasının dəstəyi ilə Vətən müharibəsində şəhid olmuş qəhrəmanların övladları üçün “Mənim atam qəhrəmandır” adlı bayram tədbiri keçirilir.

Ordu.az xəbər verir ki, şəhidlərin övladları atalarının rəsmi həkk olunmuş köynəklərdə, dəstək üçün iştirak edən digər uşaqlar isə subay şəhidlərimizin rəsmləri olan geyimlərdə tədbirə qatılıblar.

Əvvəlcə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinə toplaşan tədbir iştirakçıları oradan ikinci Fəxri xiyabandakı atalarının məzarlarını ziyarət etməyə gediblər. Şəhidlərin məzarı üzərinə gül dəstələri qoyan balacalar Azərbaycan bayrağını açaraq simfonik orkestrin müşayiəti ilə Azərbaycanın dövlət himnini səsləndiriblər.

Sonra gəzinti avtobuslarında şəhəri dolaşan iştirakçılar "Fairmont Baku" mehmanxanasına gedərək burada onlar üçün təşkil edilən bayram tədbirində iştirak ediblər. Qeyd edək ki, aparıcısı tanınmış teleaparıcı Leyla Quliyeva olan tədbir zamanı uşaqların mehmanxananın ərazisində istirahəti təşkil olunub, onlar üçün yemək süfrəsi açılıb.

Çıxış edənlər bildiriblər ki, tədbirin məqsədi torpaqlarımız azad olunması uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsini

anmaq, onların övladlarına dövlət qayğısının və xalqımızın dəstəyinin daimi olacağını hiss etdirmək, şəhid övladlarının səmərəli istirahətini təşkil etmək, eləcə də balacaları idmanla bağlı maarifləndirməkdir. Sonra uşaqların tanınmış idman ustaları, eləcə də məşhur sənətçilərlə görüşləri keçirilib. Olimpiya, Dünya və Avropa çempionları və məşhur sənətkarlar uşaqlara öz sənətlərinin sirlərini öyrədiblər, məşqlər keçiblər.

Daha sonra tədbirin fəxri qonaqları tərəfindən şəhid övladlarına "Xarı Bülbül" döş nişanı təqdim olunub.

Sonda şəhid övladları səmaya ağ göyərçinlər uçuraraq, dünyaya “Müharibə olmasın!” mesajı veriblər.

Qeyd edək ki, tədbirin görüntülərinin gələcəkdə ictimaiyyətə klip şəklində təqdim olunması nəzərdə tutulur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Vətən-müharibəsi   Şəhidlər  

Vətən müharibəsi şəhidlərinin övladları üçün “Mənim atam qəhrəmandır” adlı bayram tədbiri keçirilib

2021/07/w_161-1626889864.jpg
Oxunub: 483     21:13     21 İyul 2021    

Bizi "telegram"da izləyin