İmişlidə şəhid ailələri və qazilərə bayram sovqatı paylanılıb - FOTOLAR

2021/07/16268-11388137103.jpg
Oxunub: 535     17:03     21 İyul 2021    
İmişli Rayon İcra Hakimiyyəti tərəfindən Qurban bayramı ilə əlaqədar şəhid ailələri və qazilərə bayram sovqatı paylanılıb.

Ordu.az xəbər verir ki, Rayon İcra Hakimiyyətinin, qəsəbə və kəndlərin yerli icra orqanlarının, bələdiyyələrin nümayəndələri bayram münasibətilə şəhid və qazi ailələrinə baş çəkib, qayğı və problemləri ilə maraqlanıb, gətirdikləri bayram sovqatı ilə onları sevindiriblər. Şəhid ailələri və qazilər görülən bütün işləri dövlətin və ölkə başçısının şəhidlərimizə, onların ailələrinə göstərilən diqqət və qayğının əyani sübutu kimi dəyərləndiriblər.

Bayram payı alan şəhid və qazi ailələri bu əziz gündə kəsilən qurbanların Allah tərəfindən qəbul olunmasını diləyib, Qurban bayramının xalqımız və millətimiz üçün xeyirli, uğurlu olmasını arzulayaraq, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, ümumilikdə İmişli Rayon İcra Hakimiyyəti tərəfindən Qurban bayramı ilə bağlı 573 şəhid və qazi ailəsinə bayram sovqatı paylanılıb.








Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şəhid-ailəsi   Qazi   İmişli  


İmişlidə şəhid ailələri və qazilərə bayram sovqatı paylanılıb - FOTOLAR

2021/07/16268-11388137103.jpg
Oxunub: 536     17:03     21 İyul 2021    
İmişli Rayon İcra Hakimiyyəti tərəfindən Qurban bayramı ilə əlaqədar şəhid ailələri və qazilərə bayram sovqatı paylanılıb.

Ordu.az xəbər verir ki, Rayon İcra Hakimiyyətinin, qəsəbə və kəndlərin yerli icra orqanlarının, bələdiyyələrin nümayəndələri bayram münasibətilə şəhid və qazi ailələrinə baş çəkib, qayğı və problemləri ilə maraqlanıb, gətirdikləri bayram sovqatı ilə onları sevindiriblər. Şəhid ailələri və qazilər görülən bütün işləri dövlətin və ölkə başçısının şəhidlərimizə, onların ailələrinə göstərilən diqqət və qayğının əyani sübutu kimi dəyərləndiriblər.

Bayram payı alan şəhid və qazi ailələri bu əziz gündə kəsilən qurbanların Allah tərəfindən qəbul olunmasını diləyib, Qurban bayramının xalqımız və millətimiz üçün xeyirli, uğurlu olmasını arzulayaraq, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, ümumilikdə İmişli Rayon İcra Hakimiyyəti tərəfindən Qurban bayramı ilə bağlı 573 şəhid və qazi ailəsinə bayram sovqatı paylanılıb.








Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şəhid-ailəsi   Qazi   İmişli  


Bizi "telegram"da izləyin