Vüsal Qasımlı: “Ermənistana yardım etmək “sızan vedrə ilə su daşımaq”dır”

2020/10/6731c-1603800854.jpg
Oxunub: 876     09:09     20 İyul 2021    
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Avropa İttifaqının (Aİ) Ermənistana 2,6 milyard avro yardım etməklə bu ölkədə infrastruktur, ətraf mühit, nəqliyyatl inkişaf etdirmək və islahatları dəstəkləmək niyyətinə münasibət bildirib.

Ordu.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

V.Qasımlı deyib ki, Ermənistanın Aİ-dan aldığı yardımlar 2019-2020-ci illərdə 2 dəfə artıb və illik 65 milyon avroya çatdıb. Bundan başqa, Aİ 2014-cü ildən Ermənistan iqtisadiyyatına 1 milyard avro güzəştli borc və qrant şəklində vəsait yatırıb: "İndi də daha 2,6 mlrd avro yardım edilir. Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutunun məlumatına görə, Ermənistan nəinki Avropada, bütün dünyada iqtisadiyyatı və dövlət büdcəsi ilə müqayisədə ən yüksək hərbi xərclərə malik olan azsaylı ölkələrin sırasındadır. Ermənistana əvəzsiz yardım edənlər dünyada ən militarist ölkələrdən olan Ermənistanın bu özəlliyini nəzərə almalıdırlar, regionda sülhə və təhlükəsizliyə yeni təhdidlər yaratmalı deyillər. Ermənistan xaricdən aldığı yardımları iqtisadi inkişafa istiqamətləndirmir, əks təqdirdə Avropa Komissarı Oliver Varhelyinin dediyi kimi, humanitar fəlakət həddində olmazdı. Son Vətən müharibəsində Azərbaycan Ermənistanın 4 mlrd dollarlıq silah-sursatını zərərsizləşdirdi, ermənilərin müdafiə istehkamlarına xərclədikləri yüz milyonlarla dollar dəyərində sərmayə batdı, ən azı 300 mln dollarlıq mina xərcləri də faydasız oldu və üstəlik iqtisadiyyat keçən il 7,6 % gerilədi. Nurksenin fikri ilə ifadə etsək, Ermənistan yoxsulluğun “qapalı çevrə”sindədir. Ermənistanı dirçəltmək istəyənlər onun qarşısında elə bir şərtlər qoyurlar ki, nəticədə ölkə “yerində sayır”. Ermənistan iqtisadi inkişafını və təhlükəsizliyini müxtəlif güc mərkəzlərinə etibar etməklə dövlətçiliyini riskə atır”.

V.Qasımlı Ermənistana verilən yardımların “sızan vedrə ilə su daşınması”na bənzədib: “Vaxtilə bu ideyanı Artur Melvin Okun irəli sürmüşdü və dövlətlər arasında gəlirin təkrar bölgüsünü “sızan vedrə”də su daşınması ilə müqayisə edib”.

Onun sözlərinə görə, Aİ Ermənistana təkcə ötən il pandemiya ilə mübarizə məqsədilə 100 milyon avro yardım edib: “Buna baxmayaraq, Ermənistan dünyada 220 dövlət və ərazi içərisində “əhalinin hər milyon nəfərinə COVID-19-dan ölənlərin” sayına görə ən pis 33-cü ölkədir və regionda “lider”di. Əhalinin hər 1 milyon nəfərindən 1 538 nəfər COVİD-19-dan ölüb. Yeri gəlmişkən, Azərbaycanda bu göstərici Ermənistanla müqayisədə üç dəfədən də çox yaxşıdır. Sual olunur ki, Ermənistan ən çox yardım alan ölkələrdən olmaqla niyə normal nəticələr ortaya qoymur. Ümid edirik ki, Avropa Komissiyasının Avropa Mülki Müdafiə və Humanitar Yardım Əməliyyatları (ECHO) departamenti Ermənistana verilən yardımların səmərəliliyi barədə soruşacaq və illik hesabatında bunu göstərəcək. Eyni zamanda Avropa Komissiyasının Audit qurumları da bu barədə öz hesabatlarını yayacaqlar. Ən əsası odur ki, Ermənistan yardımla inkişaf etsəydi, indiyədək bu qədər yardım almaqla inkişaf edərdi. İnkişaf üçün Ermənistana sülh müqaviləsi, həmçinin Azərbaycan və Türkiyə ilə əlaqələr yaratmaq lazımdır”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Yardım  

Vüsal Qasımlı: “Ermənistana yardım etmək “sızan vedrə ilə su daşımaq”dır”

2020/10/6731c-1603800854.jpg
Oxunub: 877     09:09     20 İyul 2021    

Bizi "telegram"da izləyin