Qərb ölkələri Talibanı hücumu dayandırmağa çağırıb

2021/07/13831-1626695345.jpg
Oxunub: 740     14:21     19 İyul 2021    
15 ölkənin Kabuldakı səfirlikləri Əfqanıstandakı zorakılığın artmasını qınayaraq Taliban hərəkatını hücum əməliyyatlarını dərhal dayandırmağa çağırıb.

Ordu.az xəbər verir ki, ABŞ, Almaniya, Avstraliya, Böyük Britaniya, Çex Respublikası, Danimarka, Finlandiya, Fransa, İspaniya, İsveç, İtaliya, Kanada, Koreya, Niderland, Yaponiya səfirlikləri, həmçinin Aİ və NATO nümayəndəlikləri tərəfindən verilən birgə bəyanatda bu hadisələrin münaqişəni həll etmək, mülki əhalinin tələfatı və didərgin düşməsinə son qoymaq istiqamətində göstərilən səylərə ziyan vurduğu bildirilir:

“Biz Əfqanıstan boyu insan qətllərini, infrastrukturun dağıdılmasını, əfqanların son 20 ildə qazandığı nailiyyətlərinə qarşı hədələri, bəyanatları və s. addımları qınayırıq” – deyə qeyd olunan açıqlamada Talibanın hazırkı hücum əməliyyatlarının münaqişəni həll etmək istiqamətindəki danışıqlara, Doha sülh prosesini dəstəkləmək öhdəliklərinə zidd olduğu bildirilir.

“Talibanın işğal etdiyi bölgələrdə qadınların və qızların hüquqları tapdanır. İnsan hüquqlarının pozulmasını, ifadə azadlığının məhdudlaşdırılmasını ört-basdır etmək məqsədilə özəl və ictimai media qurumlarının fəaliyyətinə son verilir” – deyə açıqlamada vurğulanır.

“Talibanı və bütün tərəfləri dərhal zorakılığa son qoymağa, davamlı və əhatəli atəşkəs razılaşmasına, Əfqanıstanın bir daha terrorçular üçün sığınacağa çevrilməməsinə zəmanət verəcək əhatəli siyasi həllə yol açacaq sülh danışıqlarına getməyə çağırırıq” – deyə açıqlamada qeyd olunur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Taliban   Əfqanıstan  

Qərb ölkələri Talibanı hücumu dayandırmağa çağırıb

2021/07/13831-1626695345.jpg
Oxunub: 741     14:21     19 İyul 2021    

Bizi "telegram"da izləyin