Misir KİV-ləri Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələrinin Şuşanı azad etməsi əməliyyatını geniş işıqlandırıb

2021/07/unnam-1626684255.jpg
Oxunub: 968     12:41     19 İyul 2021    
Vətən müharibəsinin ən şanlı səhifələrindən olan Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələrinin Şuşanı azad etməsi əməliyyatı dünyada ilk dəfə olaraq Misir KİV-lərində - “neweventsmagazine.com”, “kolalngoom.com” və “elarabielyoum.com” portallarında geniş işıqlandırılıb.

Müəlliflər bu yaxınlarda Bakıya və işğaldan azad edilmiş ərazilərə təşkil olunmuş ziyarətləri zamanı məsul şəxslər və qazilərlə görüşləri, eləcə də erməni işğalının nəticələri və Vətən müharibəsindəki qələbədən dərhal sonra Azərbaycan dövlətinin başladığı genişmiqyaslı tikinti-quruculuq və bərpa işlərinə dair topladıqları məlumatlar, apardıqları müşahidələr əsasında maraqlı reportajlar hazırlayıblar.

Məqalələrdə heyrətlə vurğulanıb ki, Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələri Şuşa əməliyyatını çətin relyef və hava şəraitində - dəniz səviyyəsindən təxminən 3 min metr yüksəklikdəki qarlı və dumanlı sıldırım qayalara dırmanmaqla, illərlə möhkəmləndirilmiş düşmən istehkamlarına yüngül silahlarla hücum edərək həyata keçiriblər. Xüsusi təyinatlıların üç gün boyunca sıldırım qayalara dırmanaraq şəhərə iki tərəfdən sakitcə daxil olduqlarını, daha sonra xüsusi planı məharətlə həyata keçirərək düşmən qüvvələrinin əksəriyyətini bir-birinə qırdırmaqla qala-şəhəri hərb tarixində görünməmiş əməliyyatla işğaldan azad etdikləri vurğulanıb. Bildirilib ki, ərazinin coğrafi mövqeyinə görə, Şuşanın azad edilməsi ilə artıq müharibənin davam etdirilməsinin işğalçı qüvvələr üçün ancaq daha böyük canlı qüvvə itkisi ilə nəticələnəcəyini anlayan Ermənistan rəhbərliyi Azərbaycan Prezidentinin çağırışını qəbul etmək məcburiyyətində qaldı və kapitulyasiya aktına imza atdı. Beləliklə, 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun “Ya şəhid, ya qazi” şüarı ilə döyüşlərdə iştirak edən igid əsgər və zabitləri ölkənin ərazi bütövlüyü tam bərpa etdilər.

Yazılarda münaqişənin tarixi və ərazinin coğrafi mövqeyi ilə bağlı ətraflı məlumat verən müəlliflər vurğulayıblar ki, həqiqətən də “Şuşaya sahib olan, bütün Qarabağa sahibdir” aksiomunu bir daha əməli olaraq isbat edən Azərbaycan işğaldan azad etdiyi ərazilərdə genişmiqyaslı bərpa və tikinti-quruculuq işlərinə başlayıb. Azərbaycan bu işləri qısa zamanda yüksək keyfiyyətlə başa çatdıraraq, 30 ildən artıq ata-baba yurdlarından didərgin düşmüş bir milyona yaxın vətəndaşını doğma evlərinə layiqli şəkildə qayıtmaları üçün bütün imkanlarını səfərbər edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Vətən-müharibəsi   XTQ  

Misir KİV-ləri Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələrinin Şuşanı azad etməsi əməliyyatını geniş işıqlandırıb

2021/07/unnam-1626684255.jpg
Oxunub: 969     12:41     19 İyul 2021    

Bizi "telegram"da izləyin