Əfqanıstan hökuməti və "Taliban" sülh danışıqlarını davam etdirmək barədə razılığa gəlib

2021/07/80854-1626673235.jpg
Oxunub: 726     09:51     19 İyul 2021    
Əfqanıstanın Milli Atəşkəs üzrə Ali Şurasının sədri Abdulla Abdullahın rəhbərlik etdiyi aparıcı siyasətçilərindən ibarət heyətlə “Taliban” radikal hərəkatının nümayəndələri arasında ikigünlük danışıqlar bazar günü Dohada başa çatıb.

Ordu.az xəbər verir ki, görüşdən sonra birgə bəyanat verilib.

Açıqlamaya görə, hər iki tərəf yüksək səviyyəli sülh danışıqlarını davam etdirmək barədə razılığa gəliblər. Ancaq telekanal qeyd edir ki, ölkədə atəşkəs və ya zorakılığın səviyyəsinin aşağı salınması barədə bəyanatda heç bir şey qeyd olunmayıb.

Bundan başqa, tərəflər ölkəni mövcud vəziyyətdən çıxarmaq üçün ortaq məxrəcə gəlmək barədə də razılığa gəliblər.

Nümayəndələr mülki infrastrukturu qorumaq, mülki şəxslərin ölümünün qarşısını almaq və Əfqanıstana humanitar yardım göstərən təşkilatlar və ölkələrlə əməkdaşlıq etməklə bağlı fikirləri dəstəkləyiblər.

Qeyd edək ki, Qətərin paytaxtı Dohada keçirilən məsləhətləşmələr ötən ilin sentyabr ayından davam edir, danışıqlar bir neçə dəfə kəsilib və bu yaxınlarda yenidən bərpa edilib. Hazırda da davam edən müzakirələr ilkin mərhələ hesab olunur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əfqanıstan   Taliban  


Əfqanıstan hökuməti və "Taliban" sülh danışıqlarını davam etdirmək barədə razılığa gəlib

2021/07/80854-1626673235.jpg
Oxunub: 727     09:51     19 İyul 2021    
Əfqanıstanın Milli Atəşkəs üzrə Ali Şurasının sədri Abdulla Abdullahın rəhbərlik etdiyi aparıcı siyasətçilərindən ibarət heyətlə “Taliban” radikal hərəkatının nümayəndələri arasında ikigünlük danışıqlar bazar günü Dohada başa çatıb.

Ordu.az xəbər verir ki, görüşdən sonra birgə bəyanat verilib.

Açıqlamaya görə, hər iki tərəf yüksək səviyyəli sülh danışıqlarını davam etdirmək barədə razılığa gəliblər. Ancaq telekanal qeyd edir ki, ölkədə atəşkəs və ya zorakılığın səviyyəsinin aşağı salınması barədə bəyanatda heç bir şey qeyd olunmayıb.

Bundan başqa, tərəflər ölkəni mövcud vəziyyətdən çıxarmaq üçün ortaq məxrəcə gəlmək barədə də razılığa gəliblər.

Nümayəndələr mülki infrastrukturu qorumaq, mülki şəxslərin ölümünün qarşısını almaq və Əfqanıstana humanitar yardım göstərən təşkilatlar və ölkələrlə əməkdaşlıq etməklə bağlı fikirləri dəstəkləyiblər.

Qeyd edək ki, Qətərin paytaxtı Dohada keçirilən məsləhətləşmələr ötən ilin sentyabr ayından davam edir, danışıqlar bir neçə dəfə kəsilib və bu yaxınlarda yenidən bərpa edilib. Hazırda da davam edən müzakirələr ilkin mərhələ hesab olunur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əfqanıstan   Taliban  


Bizi "telegram"da izləyin