Əfqanıstan Pakistandakı səfirin qızının qaçırılmasından sonra öz diplomatlarını geri çağırıb

2021/07/60f4c-1626671621.jpg
Oxunub: 865     09:11     19 İyul 2021    
Əfqanıstan hakimiyyəti Pakistana ezam olunmuş səfirini geri çağırıb. Buna səbəb bir müddət əvvəl paytaxt İslamabadda diplomatın qızının qaçırılmasıdır. Buna cavab olaraq Əfqanıstan belə bir addım atmaq qərarına gəlib.

Ordu.az xəbər verir ki, bu barədə açıqlamanı ölkənin Xarici İşlər Nazirliyi yayıb.

“Pakistandakı səfirin qızı qaçırıldıqdan sonra təhlükəsizlik məsələləri həll olunana və cinayətkarlar tutularaq mühakimə edilənə qədər Əfqanıstan İslam Respublikası hökumətinin rəhbərliyi İslamabaddakı səfiri və yüksək səviyyəli əfqan diplomatları Kabula çağırıb”, - deyə açıqlamada qeyd olunub.

Bundan başqa, qurum bildirib ki, bu problemin həll edilməsi üçün Əfqanıstan nümayəndə heyətinin yaxın gələcəkdə Pakistana səfəri planlaşdırılır.

Qeyd edək ki, şənbə günü Əfqanıstan XİN məlumat verərək bildirib ki, 16 iyul tarixində naməlum şəxslər Əfqanıstanın Pakistandakı səfirinin qızını qaçırıblar açıqladı. Qıza işgəncə verilib və bir neçə saat sonra sərbəst buraxılıb.

Ordu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əfqanıstan   Pakistan  


Əfqanıstan Pakistandakı səfirin qızının qaçırılmasından sonra öz diplomatlarını geri çağırıb

2021/07/60f4c-1626671621.jpg
Oxunub: 866     09:11     19 İyul 2021    
Əfqanıstan hakimiyyəti Pakistana ezam olunmuş səfirini geri çağırıb. Buna səbəb bir müddət əvvəl paytaxt İslamabadda diplomatın qızının qaçırılmasıdır. Buna cavab olaraq Əfqanıstan belə bir addım atmaq qərarına gəlib.

Ordu.az xəbər verir ki, bu barədə açıqlamanı ölkənin Xarici İşlər Nazirliyi yayıb.

“Pakistandakı səfirin qızı qaçırıldıqdan sonra təhlükəsizlik məsələləri həll olunana və cinayətkarlar tutularaq mühakimə edilənə qədər Əfqanıstan İslam Respublikası hökumətinin rəhbərliyi İslamabaddakı səfiri və yüksək səviyyəli əfqan diplomatları Kabula çağırıb”, - deyə açıqlamada qeyd olunub.

Bundan başqa, qurum bildirib ki, bu problemin həll edilməsi üçün Əfqanıstan nümayəndə heyətinin yaxın gələcəkdə Pakistana səfəri planlaşdırılır.

Qeyd edək ki, şənbə günü Əfqanıstan XİN məlumat verərək bildirib ki, 16 iyul tarixində naməlum şəxslər Əfqanıstanın Pakistandakı səfirinin qızını qaçırıblar açıqladı. Qıza işgəncə verilib və bir neçə saat sonra sərbəst buraxılıb.

Ordu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əfqanıstan   Pakistan  


Bizi "telegram"da izləyin