"Qaliblər Düşərgəsi"in fəaliyyətinə yekun vurulub - VİDEO - YENİLƏNİB

2021/07/21193-32510943780.jpg
Oxunub: 1029     15:44     19 İyul 2021    
Bu gün torpaqlarımızın azadlığı uğrunda canından keçərək tarix yazan şəhidlərimizin övladları üçün təşkil olunan "Qaliblər düşərgəsi"nə yekun vurulub.

Ordu.az xəbər verir ki, qapanış mərasimində Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov düşərgənin təşkilatçılarından olan "For Azerbaijan" xeyriyyə təşkilatının fəallarına və miqrasiya könüllülərinə 14 gün ərzində şəhid övladlarının qayğısına qaldıqları,onların psixoloji və emosional inkişafı üçün həvəslə xidmət göstərdikləri üçün təşəkkürlərini bildirib, onlari təşəkkürnamələr və simvolik hədiyələrlə təltif edib.

Musiqili konsert mərasimi,rəqs nümayişləri ilə davam edən qapanış mərasimində iştirak edən 76 şəhid övladına sertifikatlar və məktəbli ləvazimatlarından ibarət hədiyə dəstləri təqdim olunub.

14 gün ərzində intellektual məşğələlər, psixoloji təlimlər,idman dərsləri keçən və respublikanın müxtəlif tarixi yerlərinə təşkil olunan ekskursiyalarda iştirak edən Vətən müharibəsi şəhidlərinin övladları çıxışları zamanı vaxtlarının səmərəli və əyləncəli keçməsindən ötrü düşərgə təşkilatçılarına öz minnətdarlıqlarını bildirib.

Qeyd edək ki, 2 həftədir davam edən düşərgənin məqsədi şəhid övladlarının intellektual və emosional inkişafına dəstək vermək, onların yay tətilini daha da maraqlı və yadda qalan etməkdir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Qaliblər-Düşərgəsi  

"Qaliblər Düşərgəsi"in fəaliyyətinə yekun vurulub - VİDEO - YENİLƏNİB

2021/07/21193-32510943780.jpg
Oxunub: 1030     15:44     19 İyul 2021    

Bizi "telegram"da izləyin