Robert Köçəryan Zəngəzur dəhlizinə razılıq vermişdi?

2021/04/00-11-1619688148.jpg
Oxunub: 2004     18:31     17 İyul 2021    
Ermənistanın müharibədən sonrakı perspektivləri rejimində əsas təhlükəsizlik və geosiyasi, hərbi-siyasi problemlərdən biri Qarabağ məsələsindən sonra və artıq birbaşa şəkildə Zəngəzur dəhlizi gündəmidir.

Bu problemin nə indi, nə də müharibə nəticəsində yaranmadığı aydın olduğu kimi, bir şey aydındır. Bu problem ən azı 1990-cı illərin sonu və 2000-ci illərin əvvəlində Qarabağ məsələsinin həlli kontekstində müxtəlif mübadilə dəyişiklikləri ilə dəhliz məsələsini müzakirə etməyə cürət edən Köçəryan siyasi hakimiyyətinin məsuliyyəti ilə yaranıb. Bunlardan biri, yəni suveren yol fikri haqqında o illərdə prezident vəzifəsində Azərbaycan və həmsədrlər ilə danışıqlar aparan məhz Robert Köçəryan tərəfindən etiraf edilib.

Üstəlik Robert Koçarayan Ki-Vest versiyasının ulu öndər Heydər Əliyev tərəfindən devrildiyini iddia edirsə, bu, o zaman erməni tərəfinin dəhliz fikri ilə bağlı bəzi razılaşmalar etməsi deməkdir, əks halda Ki-Vestdə əvvəlcədən heç bir razılaşma olmazdı.

Ki-Vestdə razılaşma əldə edilmişdi, bunu, hər iki prezidentin ABŞ prezidenti Corc Buş tərəfindən qəbul edilməsi sübüt edir. Amerika tərəfi əvvəlcədən bildirmişdi ki, danışığın effektivliyi və razılaşmalar halında ABŞ prezidenti təşviq və tərif jesti olaraq prezidentləri qəbul edəcək. Əlbəttə, Zəngəzur dəhlizi ideyasının Ki-Vestdə hansı dəyişikliklərlə müzakirə edildiyi, bundan əvvəl, yoxsa sonra müzakirə edildiyi, müzakirə olunubsa, ilkin olsa da hansı şərtlə və ya nəyin müqabilində müəyyən razılıqlar verilməsi tamamilə başqa məsələdir.

Bunlar başqa mövzulardır, lakin “açar” vəziyyət burasındadır ki, erməni tərəfi müzakirə üçün presedent, bu məsələni Qarabağ məsələsi ilə əlaqələndirən bir presedent yaradıb.

Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan hökumətinin keçmişdə baş verən müzakirələrə görə heç bir siyasi məsuliyyət və ya öhdəlik götürməyəcəyini bəyan edir. Burada çox vacib bir sual yaranır. 2018-ci il hakimiyyət dəyişikliyindn sonra Ermənistan Baş naziri Qarabağ məsələsində də eyni mövqedən çıxış edirdi.

Aqil Məmmədov  
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   Zəngəzur-dəhlizi  

Robert Köçəryan Zəngəzur dəhlizinə razılıq vermişdi?

2021/04/00-11-1619688148.jpg
Oxunub: 2005     18:31     17 İyul 2021    

Bizi "telegram"da izləyin