Kremldən Ermənistana şantaj, yoxsa Kremlə qarşı şantaj?

2020/07/32132-1594368148.jpg
Oxunub: 1674     16:29     17 İyul 2021    
Rusiyada siyasi “proqramlaşdırma” üçün əhəmiyyətli bir platforma kimi tanınan “Regnum” agentliyində ekspert Stanislav Tarasovun məqaləsi dərc edilib.

Tarasovun bu məqaləsində erməni tərəfi üçün “qulağa xoş gələn” bu məntiq altında kifayət qədər təşvişə səbəb olan dipnotlar var. Xüsusən də Tarasov birbaşa mətnlə deyir ki, İlham Əliyevin bu mövqeləri şəraitində sülhməramlıların yerləşdirilməsi məsələsi perspektivi mövzusunda Moskva-Bakı birbaşa təması mümkün ola bilər. Tarasov praktik olaraq Rusiyanın Qərbə məğlub olması haqqında danışır. Əlbəttə, bu məğlubiyyət strateji mənada çox daha erkən bir tarix və gedişata sahibdir, amma bu başqa məsələdir.

Tarasov ona işarə vurur ki, Minsk qrupunun həmsədrlərinin gündəmini önə çəkməklə bağlı Qərbin siyasəti sülhün qorunub saxlanılmasına dair beynəlxalq mexanizmlər məsələsinin gündəmdə peyda olmasına gətirib çıxara bilər, bu mexanizmlər Qarabağdakı rus sülhməramlı kontingentini “marjinallaşdıra”, ən azından “alternativsiz” statusdan məhrum edə bilər. Bu kontekstdə Tarasov praktik olaraq bunu Moskva-Bakı ikitərəfli, de-fakto olaraq Ankara da daxil olmaqla üçtərəfli günəmdə qarşı-qarşıya qoymağı, Ermənistanı kənarda qoymağı təklif edir.

Mümkündür ki, bu, həm də son günlərdə Paris və Brüssellə kifayət qədər intensiv təmaslar quran İrəvana xəbərdarlıqıdır, lakin İrəvan bununla belə Moskva ilə də təmasları dayandırmayıb. Üstəlik, Ermənistanın Baş naziri Nikol Paşinyan ötən gün bildirdi ki, Ermənistan Rusiyanın himayəsi altında üçtərəfli formatlı müzakirələrə, sülh istiqamətindəki işə sadiqdir və bundan yayınmayacaq.

İrəvan beləliklə aydın şəkildə qeyd edir ki, Rusiya “qısqanclıq” haqqında düşünmək fürsətinə sahib deyil və əksinə Rusiya İrəvanın “sadiqliyi” şəraitində sadəcə olaraq olduqca açıq şəkildə Ermənistana “atan” vəziyyətə düşə bilər. Bu fonda Naxçıvan istiqamətində iyulun 14-dən alovlanmış vəziyyət gərgin olaraq qalmağa davam edir, mümkündür ki, digər tərəfdən bu, Ermənistan tərəfindən Rusiya və KTMT-yə növbəti təzyiqidir. Rusiyanın bunu istəmədiyi və ya edə bilmədiyi açıqdır və bu məsələdə İrəvan Qərbdən maddi siyasi dəstək alır.

Bu vəziyyətdə faktiki olaraq ilk dəfə ekspert səviyyəsində, lakin Rusiyada siyasi “proqramlaşdırma” üçün əhəmiyyətli bir platforma kimi tanınan sahədən Qarabağ məsələsində Ermənistana xəbərdarlıq olaraq Moskva-Bakı birbaşa müzakirəsi ideyası səslənir.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Kreml   Ermənistan   Şantaj  

Kremldən Ermənistana şantaj, yoxsa Kremlə qarşı şantaj?

2020/07/32132-1594368148.jpg
Oxunub: 1675     16:29     17 İyul 2021    

Bizi "telegram"da izləyin