Paşinyanın 2016-cı ildə dediyi sözlər yayımlandı: “Bəs siz nə zaman başa düşməlisiniz ki, Qarabağ bizim üçün başağrısıdır”

2021/03/7867-1616995695.jpg
Oxunub: 5135     15:12     16 İyul 2021    
Erməni jurnalist, media mütəxəssisi Nairi Hoxikyan Daşnaksütun təşkilatının “Nikol Ağbalyan” tələbə birliyinin təşkil etdiyi açıq müzakirə zamanı son Qarabağ müharibəsinə də toxunub, müharibənin Nikol Paşinyan hakimiyyəti tərəfindən əvvəlcədən planlaşdırılmış olması barədə faktlar təqdim edib.

Ordu.az xəbər verir ki, bu barədə “Yerkir” nəşri yazır.

“Bəs niyə mən ona “vətənsiz çöküntü” deyirəm, o isə mənə “beyinsiz vətənpərvər” deyir? 2016-cı ilin oktyabrında bir müzakirə zamanı Azərbaycan və Türkiyədən bura jurnalistlər gəlmişdilər. Azərbaycanlılardan biri dedi ki, qalib gələcəyindən əmin olmasa, heç bir azərbaycanlı Qarabağ üçün mübarizə aparmağa gəlməyəcək.

Bu anda Nikol Paşinyan dedi: “Bəs siz nə zaman başa düşməlisiniz ki, Qarabağ bizim üçün başağrısıdır və bu başağrısından nə qədər tez qurtulsaq, o qədər yaxşıdır”.

“Bağışla, başın ağrıyırsa, başını kəsirsən?”, - mən dedim.

“Yəni nə deyirsən ki?”, - Paşinyan dedi.

Bu zaman Lapşin və Vladimir Karapetyanın danışığını dinləyirəm.

Vladimir Karapetyan deyir: “Bir neçə min qurban versək, yaxşı da razılaşacağıq”.

Lapşin deyir: “Siz tezliklə Qarabağı müharibə ilə Azərbaycana təhvil verəcəksiniz”.

“Yəni?”, - Lapşinə sual verirəm.

“Vladimir Karapetyan mənə dedi ki, bəs kim deyir ki, verməyəcəyik? Sual verirəm ki, bəs necə verəcəyik? Deyir ki, xalq bir neçə min qurban versə, yaxşı da verəcək”, - deyə Hoxikyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Qarabağ  


Paşinyanın 2016-cı ildə dediyi sözlər yayımlandı: “Bəs siz nə zaman başa düşməlisiniz ki, Qarabağ bizim üçün başağrısıdır”

2021/03/7867-1616995695.jpg
Oxunub: 5136     15:12     16 İyul 2021    
Erməni jurnalist, media mütəxəssisi Nairi Hoxikyan Daşnaksütun təşkilatının “Nikol Ağbalyan” tələbə birliyinin təşkil etdiyi açıq müzakirə zamanı son Qarabağ müharibəsinə də toxunub, müharibənin Nikol Paşinyan hakimiyyəti tərəfindən əvvəlcədən planlaşdırılmış olması barədə faktlar təqdim edib.

Ordu.az xəbər verir ki, bu barədə “Yerkir” nəşri yazır.

“Bəs niyə mən ona “vətənsiz çöküntü” deyirəm, o isə mənə “beyinsiz vətənpərvər” deyir? 2016-cı ilin oktyabrında bir müzakirə zamanı Azərbaycan və Türkiyədən bura jurnalistlər gəlmişdilər. Azərbaycanlılardan biri dedi ki, qalib gələcəyindən əmin olmasa, heç bir azərbaycanlı Qarabağ üçün mübarizə aparmağa gəlməyəcək.

Bu anda Nikol Paşinyan dedi: “Bəs siz nə zaman başa düşməlisiniz ki, Qarabağ bizim üçün başağrısıdır və bu başağrısından nə qədər tez qurtulsaq, o qədər yaxşıdır”.

“Bağışla, başın ağrıyırsa, başını kəsirsən?”, - mən dedim.

“Yəni nə deyirsən ki?”, - Paşinyan dedi.

Bu zaman Lapşin və Vladimir Karapetyanın danışığını dinləyirəm.

Vladimir Karapetyan deyir: “Bir neçə min qurban versək, yaxşı da razılaşacağıq”.

Lapşin deyir: “Siz tezliklə Qarabağı müharibə ilə Azərbaycana təhvil verəcəksiniz”.

“Yəni?”, - Lapşinə sual verirəm.

“Vladimir Karapetyan mənə dedi ki, bəs kim deyir ki, verməyəcəyik? Sual verirəm ki, bəs necə verəcəyik? Deyir ki, xalq bir neçə min qurban versə, yaxşı da verəcək”, - deyə Hoxikyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Qarabağ  


Bizi "telegram"da izləyin