“Mən ermənilərə demişəm ki, siz bizim müttəfiqlərimiz deyilsiniz” - Leonid Kalaşnikov

2021/07/4566-1626337170.jpg
Oxunub: 2508     12:45     15 İyul 2021    
“Zəngəzur dəhlizi üçtərəfli müqavilə ilə nəzərdə tutulub, lakin ermənilər türklərə deməlidirlər: siz də sərhədləri açın və biz ticarət etməyə başlayaq”.

Ordu.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiyaya inteqrasiya və həmvətənlərlə münasibətlər komissiyasının sədri Leonid Kalaşnikov deyib.

“Və qoy Azərbaycan sərhədləri açsın, bu zaman ermənilər dəmir yolu ilə Rusiyaya gedəcəklər. İndi ermənilər üçün vacib olan budur. Və həmişə postsovet respublikaları ilə məsələlərin üçtərəfli həllinə çağırış etmişəm, buna görə Ermənistanda məni tənqid edirdilər. Necə, niyə siz bizim tərəfimizdə deyilsiniz? Mən həmişə cavab verirdim: heç bir Minsk qrupunda siz öz məsələlərinizi həll etməyəcəksiniz. Nə amerikalılar bunda maraqlıdırlar, nə də fransalılar: onlara Rusiya lazımdır, Cənubi Qafqazı sakitləşdirmək onların nəyinə lazımdır?”, - deyə o bildirib.

Kalaşnikov qeyd edib ki, ermənilərə onların rusların müttəfiqi olmadıqlarını deyib: “Mən ermənilərə demişəm ki, siz bizim müttəfiqlərimiz deyilsiniz, biz sizin müttəfiqlərinizik. Biz “qırğın” zamanı da sizi xilas etmişik, indi də xilas edirik. Harada olaydıq?... Dürüst olmaq lazımdır. Siz bizim müttəfiqlərimiz deyilsiniz, siz Krım üçün döyüşməyə getməyəcəksiniz, onu tanımamısınız”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan   Zəngəzur  


“Mən ermənilərə demişəm ki, siz bizim müttəfiqlərimiz deyilsiniz” - Leonid Kalaşnikov

2021/07/4566-1626337170.jpg
Oxunub: 2509     12:45     15 İyul 2021    
“Zəngəzur dəhlizi üçtərəfli müqavilə ilə nəzərdə tutulub, lakin ermənilər türklərə deməlidirlər: siz də sərhədləri açın və biz ticarət etməyə başlayaq”.

Ordu.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiyaya inteqrasiya və həmvətənlərlə münasibətlər komissiyasının sədri Leonid Kalaşnikov deyib.

“Və qoy Azərbaycan sərhədləri açsın, bu zaman ermənilər dəmir yolu ilə Rusiyaya gedəcəklər. İndi ermənilər üçün vacib olan budur. Və həmişə postsovet respublikaları ilə məsələlərin üçtərəfli həllinə çağırış etmişəm, buna görə Ermənistanda məni tənqid edirdilər. Necə, niyə siz bizim tərəfimizdə deyilsiniz? Mən həmişə cavab verirdim: heç bir Minsk qrupunda siz öz məsələlərinizi həll etməyəcəksiniz. Nə amerikalılar bunda maraqlıdırlar, nə də fransalılar: onlara Rusiya lazımdır, Cənubi Qafqazı sakitləşdirmək onların nəyinə lazımdır?”, - deyə o bildirib.

Kalaşnikov qeyd edib ki, ermənilərə onların rusların müttəfiqi olmadıqlarını deyib: “Mən ermənilərə demişəm ki, siz bizim müttəfiqlərimiz deyilsiniz, biz sizin müttəfiqlərinizik. Biz “qırğın” zamanı da sizi xilas etmişik, indi də xilas edirik. Harada olaydıq?... Dürüst olmaq lazımdır. Siz bizim müttəfiqlərimiz deyilsiniz, siz Krım üçün döyüşməyə getməyəcəksiniz, onu tanımamısınız”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan   Zəngəzur  


Bizi "telegram"da izləyin