Türkiyə istehsalı “Tulpar” zirehli maşınları Qazaxıstanda sınaqdan keçirilib

2021/07/OTOKA-1626331408.jpg
Oxunub: 652     14:07     15 İyul 2021    
Qazaxıstan ordusu Türkiyənin “Otokar” şirkəti tərəfindən istehsal edilən “Tulpar” zirehli maşınlarını sınaqdan keçirib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin “Defence Turk” nəşri yazıb.

Sınaqlar zamanı zirehli maşın palçıqlı ərazi, gölməçə, çəmənlik, çuxur və maili yol kimi müxtəlif mühitlərdə hərəkətliliyini nümayiş etdirib. Sınaqlar zamanı zirehli maşının silah qülləsi də yoxlanılıb. Zirehli maşının “Otokar” tərəfindən hazırlanmış “Mızrak-30” döyüş modulu ilə təchiz edildiyi bildirilir.

Ümumilikdə sınaqların uğurla başa çatdığı qeyd olunur.

“Tulpar” döyüş sahəsindəki yeni nəsil tanklara təsirli dəstək verə bilər. O, öz sinifində ən yaxşı ballistik və mina qorunmasına sahib olan maşınlardan biridir.

Sevinc Əliyeva
Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Tulpar   Qazaxıstan  


Türkiyə istehsalı “Tulpar” zirehli maşınları Qazaxıstanda sınaqdan keçirilib

2021/07/OTOKA-1626331408.jpg
Oxunub: 653     14:07     15 İyul 2021    
Qazaxıstan ordusu Türkiyənin “Otokar” şirkəti tərəfindən istehsal edilən “Tulpar” zirehli maşınlarını sınaqdan keçirib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin “Defence Turk” nəşri yazıb.

Sınaqlar zamanı zirehli maşın palçıqlı ərazi, gölməçə, çəmənlik, çuxur və maili yol kimi müxtəlif mühitlərdə hərəkətliliyini nümayiş etdirib. Sınaqlar zamanı zirehli maşının silah qülləsi də yoxlanılıb. Zirehli maşının “Otokar” tərəfindən hazırlanmış “Mızrak-30” döyüş modulu ilə təchiz edildiyi bildirilir.

Ümumilikdə sınaqların uğurla başa çatdığı qeyd olunur.

“Tulpar” döyüş sahəsindəki yeni nəsil tanklara təsirli dəstək verə bilər. O, öz sinifində ən yaxşı ballistik və mina qorunmasına sahib olan maşınlardan biridir.

Sevinc Əliyeva
Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Tulpar   Qazaxıstan  


Bizi "telegram"da izləyin