Ordu.az xəbər verir ki, bu barədə Hindistan Müdafiə Nazirliyi məlumat yayıb.
ABŞ-ın “Boeing” şirkəti tərəfindən istehsal edilən patrul təyyarəsi Hindistan Hərbi Dəniz Qüvvələrinin ayrılmaz hissəsidir və 2013-cü ildə istehsal edildiyi gündən etibarən 30.000 uçuş saatını keçib.
P-8A “Poseidon” təyyarələri “Boeing 737-800” sərnişin təyyarəsinə əsaslanan yeni nəsil sualtı əleyhinə patrul təyyarəsidir. Təyyarələr AN/APS-137D (V) 5 radarı və AN/APY-10 radioelektron mübarizə vasitələri ilə təchiz edilib. Təyyarənin daxili silahlanma bölməsində sualtı qayıqları məhv edə bilən torpedolar mövcuddur.
Sevinc Əliyeva
Ordu.az