Ermənistanı Avrasiya İqtisadi Birliyinin üzvü olmağa kim inandırıb?

2021/07/Untit-1626174158.jpg
Oxunub: 490     11:48     14 İyul 2021    
Uzu müddət fəaliyyətini passivləşdirmiş “Lazarev” Ermənistan-Rusiya dostluq klubu yenə özü haqqında xatırlatma verir. Təxminən bir ay əvvəl klubun Qarabağ münaqişəsi mövzusunda növbəti iclasını keçirməsi mətbuatın diqqətindən kənarda qalıb.

Rus KİV-lərində, televiziya ekranlarında Ermənistan və Ermənistan hakimiyyəti haqqında lənətlər səsləndirən Andranik Mihranyan da iclasda iştirak edib.

Erməni ekspert Karen Ohancanyan bildirib ki, Andranik Mihranyan mətbuatda təqdim olunan qədər ciddi sima deyil.

Ohancanyanın sözlərinə görə, Mihranyan Zatulinlə birlikdə Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanı Avropa İttifaqı ilə Assosiasiya Sazişini imzalamamağa və Ermənistanı Gömrük Birliyinin, daha sonra həm də Avrasiya İqtisadi Birliyinin üzvü etməyə inandırıb.

“Nəticədə bu müharibə və Qarabağ üçün bənzər dəhşətli nəticələr oldu. Biz faktiki olaraq Qarabağı itirdik. Mən əminəm ki, Serj Sarkisyanın bu anti-erməni addımı olmasaydı, bənzər nəticələrin şahidi olmayacaqdıq. Ölkəmizin üzləşdiyi bütün problemlər məhz bu addımdan qaynaqlandı”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   AİB  


Ermənistanı Avrasiya İqtisadi Birliyinin üzvü olmağa kim inandırıb?

2021/07/Untit-1626174158.jpg
Oxunub: 491     11:48     14 İyul 2021    
Uzu müddət fəaliyyətini passivləşdirmiş “Lazarev” Ermənistan-Rusiya dostluq klubu yenə özü haqqında xatırlatma verir. Təxminən bir ay əvvəl klubun Qarabağ münaqişəsi mövzusunda növbəti iclasını keçirməsi mətbuatın diqqətindən kənarda qalıb.

Rus KİV-lərində, televiziya ekranlarında Ermənistan və Ermənistan hakimiyyəti haqqında lənətlər səsləndirən Andranik Mihranyan da iclasda iştirak edib.

Erməni ekspert Karen Ohancanyan bildirib ki, Andranik Mihranyan mətbuatda təqdim olunan qədər ciddi sima deyil.

Ohancanyanın sözlərinə görə, Mihranyan Zatulinlə birlikdə Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanı Avropa İttifaqı ilə Assosiasiya Sazişini imzalamamağa və Ermənistanı Gömrük Birliyinin, daha sonra həm də Avrasiya İqtisadi Birliyinin üzvü etməyə inandırıb.

“Nəticədə bu müharibə və Qarabağ üçün bənzər dəhşətli nəticələr oldu. Biz faktiki olaraq Qarabağı itirdik. Mən əminəm ki, Serj Sarkisyanın bu anti-erməni addımı olmasaydı, bənzər nəticələrin şahidi olmayacaqdıq. Ölkəmizin üzləşdiyi bütün problemlər məhz bu addımdan qaynaqlandı”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   AİB  


Bizi "telegram"da izləyin