Türkiyənin Cavaxeti ilə bağlı yeni planı: Keçmiş rus hərbi bazasının yerində türk kontingenti yerləşdiriləcək?

2021/02/16131-1613198044.jpg
Oxunub: 4776     17:00     16 İyul 2021    
Ötən həftə məlumat yayıldı ki, Türkiyə Gürcüstanın Samtsxe-Cavaxeti bölgəsində, etnik ermənilərin yaşadığı Kartsax kəndində yerləşən Gürcüstan-Türkiyə keçid məntəqəsini Axalkalakiyə köçürməyi Gürcüstandan xahiş edib və gürcü tərəfi razılıq verib. Xatırladaq ki, Kartsaxda yaşayan ermənilər müharibə vaxtı Türkiyədən gələn yük maşınlarının keçməsinin qarşısını almaq üçün yolu bağlamışdılar.

Keçid məntəqəsinin köçürülməsi xahişi daha ciddi regional planının başlanğıcıdır. Kartsaxdan rayon mərkəzi Axalkalakiyə qədər olan məsafə təxminən 30 km-dir. Burada təxminən 10-na qədər kənd var, Gürcüstan-Türkiyə gömrük məntəqəsinə gedən yol və dəmir yolu birbaşa olaraq buradan və ya yaxınlıqdan keçir. Həmçinin məlumdur ki, Türkiyə indi Samtsxe-Cavaxetidə Türkiyə hərbi bazası yerləşdirmək məsələsi ətrafında Gürcüstan hakimiyyəti ilə danışıq aparır.

Axalkalakidə, keçmiş rus (sovet) hərbi bazasının ərazisində Türkiyə hərbi bazasının yerləşdiriləcəyinə dair məlumatlar var. Yeri gəlmişkən, Axalkalaki hərbi bazası Sovet İttifaqı ərazisində gücünə görə ikinci olub, yalnız Peterburq (Leninqrad) hərbi bazasından geri qalıb. Rus qoşunlarının Gürcüstan ərazisindən çıxarılmasından sonra qeyd olunan ərazi əslində təyinatı üzrə istifadə olunmur. Böyük ehtimalla Kartsax keçid məntəqəsinin köçürülməsi və hərbi baza qurulması bir-birini qarşılıqlı şəkildə tamamlayan tədbirlərdir və Türkiyə bir güllə ilə iki dovşan ovlamaq qərarına gəlib.

Batumidə nəyi razılaşdırıblar?

İyulun 7-də Batumidə baş tutmuş Gürcüstan-Türkiyə birgə Gömrük Komitəsinin 3-cü görüşü zamanı müəyyənləşdirilmiş gömrük dəhlizi haqqında razılaşma imzalanmışdı. Məhz elə bu zaman Türkiyə tərəfi Kartsax gömrük məntəqəsinin köçürülməsi məsələsini qaldırmışdı.

“Biz istərdik ki, gömrük və bütün növ prosedurlar Axalkalakidə həyata keçirilsin. Bildiyim qədər, ərazi baxımından Axalkalakidə bütün bunlar üçün imkan var. Biz Qarsda sərhəddən təxminən 80 kilometr məsafədə gömrük əməliyyatları aparırıq, bu məsafəni və təhlükəsizliyi dəmir yoluna əmanət edirik. Bildiyim qədər, sərhəddə (Kartsaxda) gömrük xidməti yoxdur, operatorlar tez-tez uzaq ərazilərdən gəlməyə məcbur olurlar ki, bu da gözləməyə səbəb olur. Buna görə də gömrük prosedurları Kartsaxdan 30 kilometr aralıda Axalkalakidə həyata keçirilsə, daha asan olar”, - deyə Türkiyənin Ticarət nazirinin müavini qeyd etmişdi və Türkiyə tərəfinin gömrük məntəqəsini niyə Axalkalakiyə köçürməyi tələb etdiyini əsaslandırmışdı.

Gömrük Komitəsinin iclasını idarə edən Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin rəhbəri Levan Kakava Türkiyənin Ticarət nazirinin müavininin təklifinə cavab olaraq demişdi ki, məsələ müsbət həll alacaq.

“Gömrük məntəqəsini Axalkalakiyə köçürməyə gəldikdə, düzünü desəm, mən bu işə tam cəlb edilməmişdim. Sizə söz verirəm ki, yaxın gələcəkdə əminəm ki, müsbət qərar qəbul edəcəyik”, - deyə Gürcüstan maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin rəhbəri Levan Kakava türk həmkarına deyib.

Gömrük Komitəsinin iclasından sonra “Batumelebi” nəşri Türkiyənin Ticarət nazirinin müavinindən bu sualı şərh etməyi xahiş edib. “Batumelebi” nəşri Türkiyə tərəfinin nümayəndəsi Rza Tuna Turaqaydan soruşub ki, Türkiyə tərəfi Kartsax gömrük məntəqəsini Axalkalakiyə köçürməyi niyə tələb edir?

“Kartsaxda mövcud olan infrastruktur gömrük əməliyyatlarını sürətlə həyata keçirmək üçün yetərli deyil. Buna görə də bizim üçün vacibdir ki, gömrük prosedurları Axalkalakidə həyata keçirilsin və artıq gecikmələr olmasın. Düşünürük ki, gömrük əməliyyatları Axalkalakidə həyata keçirilsə, bu prosedurlar sürətlənəcək”, - deyə o cavab olaraq bildirib.

Daha sonra Gürcüstanın Gəlirlər Xidmətindən “jnews.ge” saytına verilən açıqlamada məlumatı təkzib etmişdilər və qeyd etmişdilər ki, bu, reallığa uyğun gəlmir. Nəşr məlumatı konkretləşdirmək və sərhəd-keçid məntəqəsi fəaliyyətlərinin Axalkalakidə həyata keçirilməsinin mümkün olub-olmadığını dəqiqləşdirmək üçün Gəlirlər Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin nümayəndəsi Tamar Andriadze ilə telefonla danışıb və o, qeyd edib ki, yayılmış məlumat texniki səhvin nəticəsidir.

“Texniki səhv olub, mən deyə bilmərəm ki, buna tərcüməçi yol verib, yoxsa jurnalist yanlış anlayıb. Heç bir şeydə köçürmə olmayacaq, bu ölçüdə fəaliyyət göstərən gömrük məntəqəsinin köçürməsi olmayacaq, bu, səhvdir, agentlik yayılmış bu səhvi düzəltməli idi. Türkiyə tərəfindən belə bir şey olmayıb və yenə deyirəm, bu, texniki səhv idi, düzəldilməli idi. Nə Türkiyə tərəfindən, nə də Gürcüstan tərəfindən bu cür söz olmayıb”, - deyə Tamar Andriadze bildirib.

Cavaxetidəki keçid məntəqəsinin köçürülməsi ətrafında ehtiraslar qızışmağa başlayandan sonra baş verənlərin texniki səhv kimi təqdim edilməsi diqqətçəkicidir. Hər halda rəsmi Tiflis Kartsax keçid məntəqəsi və Cavaxetidə Türkiyə hərbi bazası yerləşdirilməsi ilə bağlı hansı qərara sahib olduğuna dair hələlik aydın bir açıqlama təqdim etməyib.

Bu hadisələr Azərbaycanda Türkiyə bazasının yerləşdirilməsi barədə müzakirələr fonunda vaş verir. Türkiyə prezidenti bu yaxınlarda Azərbaycanda Türkiyəyə məxsus hərbi bazanın qurulmasının istisna edilmədiyini bildirib. Qafqazın iki ölkəsində Türkiyə bazasının yaradılması barədə müzakirələr Moskvada narahatlıqla izlənilir.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Türkiyə   Cavaxeti  

Türkiyənin Cavaxeti ilə bağlı yeni planı: Keçmiş rus hərbi bazasının yerində türk kontingenti yerləşdiriləcək?

2021/02/16131-1613198044.jpg
Oxunub: 4777     17:00     16 İyul 2021    

Bizi "telegram"da izləyin