Dünyanın 100 ən böyük müdafiə şirkəti açıqlanıb

2021/07/Defen-1626158714.jpg
Oxunub: 1202     16:59     14 İyul 2021    
ABŞ-ın nüfuzlu “Defense News” jurnalı 2021-ci il üçün dünyanın ən böyük 100 müdafiə sənayesi şirkətinin siyahısını hazırlayıb.

Ordu.az xəbər verir ki, siyahının hazırlanması zamanı şirkətlərin bir il əvvəlki dövriyyələri nəzərə alınıb.

Builki siyahıda 20-dən çox yeni şirkətin adı var. Bu şirkətlərin əksəriyyəti keçən il birləşməyə qərar verənlərdən ibarətdir.

Jurnalda qeyd olunur ki, qlobal müdafiə sənayesi bazarı fasiləsiz böyüməyə davam edir. 10 il əvvəl yalnız 15 şirkətin 5 milyard dollar gəliri var idisə, bu gün belə şirkətlərin sayı 24-ə çatıb.

Siyahının ilk beş şirkəti ABŞ-a məxsusdur. Bunlar “Lockheed Martin”, “Raytheon Technologies”, “Boeing”, “Northrop Grumman” ve “General Dynamics” şirkətləridir.

İlk on şirkətdən 3-ü Çinə məxsusdur. Bunlar Çinin Aviasiya Sənayesi Korporasiyası (AVIC), NORİNCO müəssisəsi və Çin Dövlət Gəmiqayırma Korporasiyasıdır.

Siyahıda Türkiyənin 2 şirkəti var. ASELSAN və TUSAŞ şirkətləri müvafiq olaraq siyahıda 48 və 63-cü yerləri tutub. Ötən il Türkiyənin 7 şirkəti bu siyahıya düşmüşdü.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Dünya   Müdafiə-şirkəti  


Bizi "telegram"da izləyin