Köçəryan-Sarkisyan münasibətləri yenidən gərginləşir?

2021/07/image-1626085268.jpg
Oxunub: 1078     21:32     14 İyul 2021    
Elə görünürdü ki, müharibə, onun nəticələri, Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq mübarizəsi çoxdanın dostları olan, 2008-ci ildən sonra bir-birindən uzaqlaşan Serj Sarkisyanla Robert Köçəryanı yenidən birləşdirdi.

Və əbədi görünən “düşmənimin düşməni mənim dostumdur” qətnaməsi işləyə bilərdi, lakin seçkilərdə sonra böyük ehtimal var ki, onların münasibətləri yenə müharibədən əvvəlki vəziyyətə qayıdacaq. Müharibədən əvvəlki dövrdə iki prezident bir-biri ilə demək olar ünsiyyət qurmurdu, onlar arasında aradanqaldırılmaz sədd formalaşmışdı, çünki Robert Köçəryanın fikrincə, Serj Sarkisyanın komandası illər ərzində davamlı olaraq ona qarşı işləyib, Köçəryandan “bobo” imici yaradıb.

Bundan əlavə, Köçəryan Serj Sarkisyanı 2018-ci ildə hakimiyyəti kiməsə təhvil verməkdə və nəticədə ölkənin başına bu qədər fəlakət gətirməkdə ittiham edir. Onlar seçkilərdən əvvəl birləşə bilmədilər və seçkidən sonrakı mərhələdə əməkdaşlıq edə biləcəklərini düşünmək çətindir. İki düşərgədə hazırda gərgin və gözləmə vəziyyəti var, dil tapmağı, hakimiyyəti və Nikol Paşinyanı hədəfdə saxlayaraq birlikdə mübarizəni davam etdirməyi bacaracaqlar, yoxsa ayrılacaqlar, öz maraqlarının arxasınca gedəcəklər və beləliklə hakimiyyətə xidmət edəcəklər?

Seçkilərdən əvvəl Robert Köçəryanın başçılıq etdiyi “Hayastan” blokunun müxalif sahədə mübahisəsiz lider olduğu və hakimiyyət dəyişikliyi üçün böyük gözləntilərin olduğu aydın olanda Köçəryan-Serj Sarkisyan cütlüyü ilkin razılığa gəlmişdi ki, seçkilər nəticəsində hakim komanda 50 faizdən artıq səs toplamağı və hökumət formalaşdırmağı bacarmasa, onlar “Şərəfim var” bloku ilə koalisiya yaradacaqlar. Blokdan isə əmin ediblər ki, onlar Baş nazir vəzifəsində Köçəryanın namizədliyini dəstəkləyəcəklər.

Lakin seçkilərdə olan oldu, indi isə Artur Vanetsyan və Serj Sarkisyan qərara gəliblər ki, onların bloku da parlamentdə qollara sahib ola bilər. Ötən həftə yazmışdıq ki, parlamentə keçmiş blokun yeddi deputatla Serj Sarkisyanın son görüşü zamanı başqa məsələlərlə yanaşı parlamentin vitse-spikeri vəzifəsinə öz namizədini irəli sürmək məsələsi də müzakirə olunub. Blok Nəzarət Palatasının keçmiş sədri İşxan Zakaryanı bu vəzifədə görür.

“Hayastan” blokunda Daşnaksütun təşkilatının üzvü İşxan Sağatelyan və keçmiş Baş nazir müavini Armen Gevorqyanın namizədliyi ətrafında müzakirələr var. Konstitusiyaya görə, parlamentin 3 vitse-spikerindən birinin vəzifəsini müxalifət nümayəndəsi tutmalıdır, lakin qanun bunun hansı müxalif fraksiyanın üzvü olmalı olduğunu aydınlaşdırmır.

Bir qayda olaraq, hakimiyyət ən böyük müxalifət fraksiyasının namizədinə razılıq verir və onu qapalı səsvermə yolu ilə bu vəzifəyə seçir. Ancaq Robert Köçəryana və onun blokuna münasibət çox kəskin olduğundan istisna edilmir ki, Paşinyan hakimiyyəti onların namizədlərinin seçilməsini uğursuz etsin. Lakin bu, gözlənilməz böhran inkişafları ilə doludur.

Xatırladaq ki, 2019-cu ildə həm “Çiçəklənən Ermənistan” partiyası Vahe Enfiacyanı, həm də İşıqlı Ermənistan Partiyası Mane Tandilyanı vitse-spiker vəzifəsinə namizəd olaraq irəli sürdü, lakin “Mənim addımım” fraksiyası 108 səslə “Çiçəklənən Ermənistan” partiyasının nümayəndəsini seçdi, Tandilyana isə yalnız öz fraksiyasının deputatları səs verdilər.

Hakim “Vətəndaş müqaviləsi” partiyasında hakimiyyətin amansız tənqidçisi, Daşnaksütunun ali orqanının nümayəndəsi İşxan Sağatelyanın namizədliyinə xüsusilə qarşıdırlar.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Xaos  

Köçəryan-Sarkisyan münasibətləri yenidən gərginləşir?

2021/07/image-1626085268.jpg
Oxunub: 1079     21:32     14 İyul 2021    

Bizi "telegram"da izləyin