Müharibədən sonrakı Ermənistanın hərbi sənayesinin hərbi-siyasi çıxılmazlığı

2021/07/00-32-1626085156.jpg
Oxunub: 1120     18:58     15 İyul 2021    
Ermənistanın hərbi sənayesində bir çox problem mövcuddur. Hazırda qlobal hərbi sənaye sahəsi hədsiz dərəcədə ciddi rəqabət və böyük maliyyə investisiyaları udan və tələb edən sahədir.

“1in.am” nəşri yazır ki, bu rəqabət həm də hərbi-siyasi və geosiyasi cəhətdən vacib amillərin birləşməsindən asılıdır.

“Əgər Ermənistanın hərbi sənayesinin gələcəyinə bu baxımdan baxırıqsa, onda nüfuzlu tərəfdaşlara ehtiyac birmənalı olur, bu olmadan hərbi-sənaye potensialının tam genişlndirilməsi çox çətin olacaq.

Ermənistana böyük maliyyə sərmayələri və geosiyasi, hərbi-siyasi dəstək lazımdır. Əlbəttə, burada problem, belə demək mümkünsə, Ermənistanın əlini tutacaq və qlobal hərbi sənaye bazarına aparacaq “böyük və ya əsas qardaş”ı axtarmaq deyil. Burada söhbət tərəfdaş münasibətlərinin ahəngdarlığından gedir, bu, təkcə biznes, kommersiya marağını yox, həmçinin geosiyasi çətinliklər sahəsindəki marağı nəzərdə tutacaq.

Bu baxımdan, Ermənistanın ortaq strateji maraqların olmadığı bir hərbi-siyasi ittifaqın üzvü olduğunu nəzərə alsaq, vəziyyət olduqca incədir. Söhbət KTMT-dən gedir. Eyni zamanda, bu problem Ermənistanın Ermənistan-Rusiya ikitərəfli strateji müttəfiq platformasında da mövcuddur. Fakt budur ki, hələ Serj Sarkisyanın hakimiyyət dövrünün sonunda o, Rusiyanın “İzvestiya” nəşrində dərc edilmiş müəllif məqaləsində Rusiyanın köməyi və liderliyi ilə Ermənistanda hərbi sənaye gücləri yaratmaq zərurəti haqqında danışanda bu mövzu dövriyyəyə qoyulduqdan sonra praktiki olaraq toxunma yaşamadı.

Halbuki problem təkcə Rusiyanın bu fikri qəbul edib-etməməsində və ya Ermənistanın hərbi-sənaye potensialının onu maraqlandırıb-maraqlandırmamasında deyil. Məsələ odur ki, məgər Moskva İkinci Qarabağ müharibəsindən sonra Ermənistanın özünün bu potensialını həm biznes baxımından, həm də hərbi-siyasi, geosiyasi baxımdan erməni təklifinin maraqlı gələ biləcəyi başqa tərəfdaşların köməyi ilə inkişaf etdirməyə çalışmasına dözəcək? Bu istiqamətlər isə müxtəlif vektorlarda, yəni Ermənistan-Gürcüstan, Ermənistan-Çin, Ermənistan-İran, Ermənistan-İsrail formatlarında, hətta çoxsaylı formatlarda ola bilər.

Lakin hərbi və siyasi, belə demək mümkünsə, qeyri-hərbi istiqamətlərdə, üstəlik də hərbi sənaye halında Rusiyanın qısqanclığı məsələsi və bu məsələdə də Rusiyadakı Türkiyə-Azərbaycan lobbiçiliyi məsələsi yaranır. Yəni, burada məsələ yalnız Moskvanın kömək edə bilməməsi deyil, həm də maneə ola biləcəyidir. Üstəlik, bu halda məsələ yalnız xarici tərəfdaş axtarışları deyil, həm də daxili resursların maksimum səfərbər edilməsidir, bu vasitə ilə Ermənistanın hərbi-sənaye ərizəsi formalaşdırılmalıdır.

Burada isə aydındır ki, bu, yalnız erməni ordusunu zəruri texnoloji vasitələr və silahlanma ilə təmin edəcək daxili dövr ola bilməz. Bu daxili dövrün canlılığı uzun ola bilməz, çünki Ermənistanın miqyasları özünü təmin edən dövrlər üçün kifayət qədər kiçikdir. Xarici kooperasiya qaçılmaz bir zərurətdir, lakin burada Ermənistan üçün əbədi olan bir məsələ var”, - deyə nəşr qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Hərbi-sənaye   Böhran  

Müharibədən sonrakı Ermənistanın hərbi sənayesinin hərbi-siyasi çıxılmazlığı

2021/07/00-32-1626085156.jpg
Oxunub: 1121     18:58     15 İyul 2021    

Bizi "telegram"da izləyin