İyul döyüşlərində şəhadətə yüksələn şəhid əsgər Nazim İsmayılov

2021/07/567-1626428126.jpg
Oxunub: 1365     16:38     16 İyul 2021    
Nazim Əfqan oğlu İsmayılov 1996-cı ildə Ağstafa rayonunun Kolxəlfəli qəsəbəsində anadan olub. O, 2020-ci il iyulun 16-da Tovuz istiqamətində olan şiddətli döyüşlər zamanı dünyasını dəyişib.

Şəhid Nazim İsmayılov doğulduğu Korxəlifəli kəndinin qəbiristanlığında dəfn olunub.

Qeyd edək ki, Nazim İsmayılov ailənin üç övladından biridir. Onun qardaşı da hazırda hərbi xidmətdədir. 24 yaşlı şəhidimiz subay olub.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Nazim İsmayılov ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edildi.




Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əsgər   Nazim-İsmayılov   Şəhid  


Bizi "telegram"da izləyin