İyul döyüşlərində şəhadətə yüksələn şəhid əsgər Elçin Mustafazadə

2021/07/4-3252855804.jpg
Oxunub: 2661     15:39     16 İyul 2021    
Mustafayev Elçin Arif oğlu Azərbaycan Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçu idi. O, 2020-ci il iyulun 14-də Tovuz döyüşləri zamanı şəhid olub. Elçin Mustafazadə Ağstafa rayonu Həsənsu kəndində dəfn edilib.

O, nişanlı idi və ailə həyatı qurmağa hazırlaşırdı.


Elçinin anası Mahirə Mustafayeva deyir ki, oğlu Vətəni qorumağı, onun and yeri olan bayrağı bəy libasından üstün tutdu: “Bura Elçinin bəy otağıdır. Bu otağı Elçin məzuniyyətə çıxanda özü öz əlləri ilə düzəldib. Toya hazırlaşırdıq. Bir neçə gün əvvəl nişanlısı yuxuda görüb ki, Elçin ona mesaj yazıb ki, Məleykə, biz ayrılırıq, mən şəhid olacağam. Mən şəhid olsam, başını uca tutarsan”.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Mustafazadə ölümündən sonra “Hərbi xidmətlərə görə” medalı ilə təltif edildi.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əsgər   Elçin-Mustafazadə   Şəhid  


Bizi "telegram"da izləyin