İyul döyüşlərində şəhadətə yüksələn şəhid çavuş Vüqar Sadıqov

2021/07/31-1626335936.jpg
Oxunub: 2312     16:15     15 İyul 2021    
Vüqar Lətif oğlu Sadıqov 1987-ci ildə Ağstafa rayonunun Göycəli kəndində anadan olub.

Azərbaycan Silahlı Qüvvələrinin çavuşu olan Vüqar Sadıqov 2020-ci il iyulun 12-də Ermənistan Silahlı Qüvvələri Tovuz rayonu istiqamətində təxribatının qarşısını alan zaman şəhid olub.

O, ailəli, üç qız və bir oğul atası idi. Diana Əhədpur şəhid Vüqar Sadıqovun üç övladını himayəsinə götürüb.


V.Sadıqovun oğlu Yaşar Sadıqov deyib ki, o arxeoloq olmaq istəsə də, atası şəhid olandan sonra onun kimi hərbçi olmaq qərarına gəlib: “Atamın da, digər şəhidlərin də qisasını alacam”.


Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüqar Sadıqov ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edildi.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çavuş   Vüqar-Sadıqov  


Bizi "telegram"da izləyin