Vətənə bağlı illər yaşayanların ömrü ölümsüz olur...

2021/07/b72a3-3251826140.jpg
Oxunub: 727     12:30     21 İyul 2021    
Leytenant Natiq Saleh oğlu Baxşəliyev varlığı ilə Vətənə bağlı oğullarımızdan biri olub. Erməni tapdağı altında qalan torpaqlarımızın işğalı ilə o da heç vaxt barışmayıb. Tezliklə Vətəni azad və bütöv görmək istəyib. Bu istəyə çatmaq üçün bir vətəndaş olaraq üzərinə düşən vətəndaşlıq borcunu şərəflə, ləyaqətlə yerinə yetirməyə hər zaman hazır olub.

Natiq orta məktəbdə oxuduğu illərdə Birinci Qarabağ müharibəsinin ağrılı-acılı illərini görüb yaşamağa məhkum olmuşdu. Həmişə Azərbaycanın torpaqlarına göz dikən və işğal etməkdən çəkinməyən ermənilərin xam xəyallarını çilikləməyə hazır olan bir gənc olaraq böyümüşdü. Orta məktəbi bitirdikdən sonra yüksək balla Azərbaycan Texniki Universitetinə qəbul olanda da, Natiqin düşmənə nifrəti azalmamışdı. Torpaqlarımızın işğal müddəti uzandıqca ordumuzun məğrur əsgərləri tərəfindən Qarabağın tezliklə azad ediləcəyi günün daha da yaxınlaşdığını hiss edirdi.

2020-ci ildə Natiq Baxşəliyev 40 yaşını yenicə qeyd etmişdi ki, düşmən cəbhənin Tovuz istiqamətində atəşkəsi pozaraq mövqelərimizi və yaşayış məntəqələrimizi ağır artilleriya silahlarından atəşə tutdu. Azərbaycan Ordusunun döyüşçüləri düşmən təxribatının qarşısını qətiyyətlə aldılar. Ermənilər mənfur əməllərindən əl çəkmək istəmirdilər. Düşmən 27 sentyabr 2020-ci ildə də təxribat törətmək istədi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan Ordusuna erməni təxribatının qarşısını almaq üçün əks-hücum əməliyyatına başlamaq əmri verdi. Vətənimizin ərazi bütövlüyü naminə xalqımız Ali Baş Komandanın ətrafında sıx birləşdi. Ölkədə qismən səfərbərlik elan edildi. Leytenant Natiq Baxşəliyev də səfərbərliyə cəlb edildi.

Oktyabrın ilk günlərində leytenant Natiq Baxşəliyevin xidmət etdiyi hərbi hissə Füzuli rayonu istiqamətində erməni silahlı qüvvələrinin işğalı altında olan torpaqlarımızı azad etmək üçün döyüşə atıldı. Qısa müddətdə Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında ordumuzun igid əsgərləri Füzuli və Hadrut şəhərləri də daxil olmaqla, onlarla kəndi azad etdilər. Oktyabrın 20-də Ərgünəş dağı istiqamətində gedən döyüşlərdə leytenant Natiq Baxşəliyevin komandiri olduğu taqım xüsusi fəallıq göstərərək düşməni daha ağır itkilərə düçar etdi. Döyüşlərin birində düşmənin atdığı artilleriya mərmilərindən biri vətənpərvər zabit Natiq Baxşəliyevin həyatına son qoydu, Vətənin azadlığı yolunda əbədiyyətə qovuşdu. Şəhid döyüşçü İkinci Fəxri xiyabanda torpağa tapşırıldı.

Şəhid leytenant Natiq Baxşəliyev döyüşlərdə göstərdiyi fədakarlıqlara görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

7 iyul 2021-ci il şəhid Natiq Baxşəliyevin doğum günü idi. İlk dəfə idi ki, ailəsi, doğmaları və qohumları igid döyüşçünün doğum gününü onsuz qeyd edirdilər Fəxri xiyabanda. Öncə ziyarətçilər şəhidin məzarına əklillər və tər qərənfillər qoydular. Şəhidin həyat yoldaşı Gülnaz xanım bildirdi ki, Natiq bütün varlığı ilə ailəyə bağlı bir insan idi. "Onun yoxluğuna hələ də inanmıram, nə vaxtsa geri dönəcəyini düşünürəm".

Natiqin tək yadigarı olan 12 yaşlı oğlu Yunus Baxşəliyev Atatürk Liseyində oxuyur. Şəhid atasına layiqli oğul və atasının arzusunu həyata keçirmək məqsədilə böyüyəndə polis olacağını dedi.

Şəhid Natiq Baxşəliyevin silahdaşı mayor Rüfət Məmmədov şəhidin keçdiyi qısa, lakin şərəfli döyüş yolundan söz açdı. Ordumuzun müzəffər sərkərdəsinin qüdrəti və Natiq kimi igid oğullarımızın sayəsində 30 ilə yaxın düşmən tapdağı altında qalan ərazilərimizi azad etdiklərini bildirdi.

Natiq Baxşəliyevin anım günündə 44 günlük Vətən müharibəsində arxa cəbhədə fədakar xidmətləri ilə tanınan, xeyriyyəçi Cəlal Qurbanov da övladları ilə iştirak edirdilər.

Bu tədbir 40 yaşdan sonra başlanan ömrə ehtiram tədbiri idi...

Bəxtiyar Əliyev "Azərbaycan Ordusu"
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan-ordusu   Qələbə  

Vətənə bağlı illər yaşayanların ömrü ölümsüz olur...

2021/07/b72a3-3251826140.jpg
Oxunub: 728     12:30     21 İyul 2021    

Bizi "telegram"da izləyin