Səngərin bu üzündə torpağı gözlərinə sürtərək "Bura Vətəndi!" deyəcəkləri günü gözləyirdilər

2021/07/6b233-1625912976.jpg
Oxunub: 858     11:45     17 İyul 2021    
"Ana, Vətən, Ana Vətən!" - nə gözəl səsləşmədi. Bu səsləşmə dan üzü çiçək ləçəyiylə şehin, yarpaqla mehin, yağışdan sonra göy üzündən üzülməyən baxışlarla qövsi-qüzehin səsləşməsi qədər gözəldi. Bu səsləşmə mənə Dilsuzun yazdığı "Bura Vətəndi!" şeirini, Cavanşir Quliyevin bu şeirə yazdığı mahnını, Akif İslamzadənin ifasında bu mahnının ecazkarlığını xatırladır. Bu fikirləri "N" hərbi hissəsində "Bura Vətəndi!" mövzusunda keçirilən diskussiyaya başlanğıc bildim.

Əsgərlər "Bura Vətəndi!" deyəcək, Vətən müharibəsində iştirak etmiş əsgərlər də, hərbi xidmətə Zəfərdən sonra çağırılanlar da. Əsgərlərin fikirlərini Azərbaycan əsgərinin mənəvi dünyasını ümumiləşdirən işıq biləcəyik, bu işıq bəşərilik işığı kimi düşüncələrimizə, jurnalistikanın sözüylə ictimaiyyətin düşüncələrinə hopacaq...

Zabit Elnur Qebedov deyir ki, belə mövzular əsgərlərin mənəvi-psixoloji hazırlığını yüksəldir, onların Vətən sevgisini tənzimləyir. Əsgərlər hərbi xidmətə müəyyən hazırlıqla gəlirlər. Hərbi hissədə onların dünyagörüşünün genişləndirilməsi istiqamətində gərəkli tədbirlər keçirilir. Asudə vaxtlarda zabitlərin söhbətləri bu tədbirlərin mahiyyətini tamamlayır. Belə mövzularda keçirilən disputların da əhəmiyyətli olacağına əminəm.

Hərbi hissənin zabiti Sərxan Cəlilov Zəfərdən sonra "Bura Vətəndi!" mövzusunda keçirilən disputa giriş kimi deyir ki, Ali Baş Komandanın əmri ilə başlayan əks-hücum əməliyyatı Vətən müharibəsi kimi davam etdirildi. Ordumuz düşmənin illərlə möhkəmləndirdiyi müdafiə sədlərini darmadağın etdi, mövqe qələbələri qazanaraq qətiyyətlə irəlilədi, mühüm strateji əhəmiyyətli yüksəklikləri, kəndləri, qəsəbələri, şəhərləri işğaldan azad etdi. Azad edilən ərazilərimizdə dövlət bayrağımız dalğalandırıldı. Döyüşçülərimiz Vətən adına döyüşərək azad etdikləri torpaqlara sevgilərlə "Bura Vətəndi!" dedilər. Bu qürur Şuşada, Cıdır düzündə, İsa bulağında da yaşanıldı. Şuşada "Qarabağ şikəstəsi"nin təranələrinə qarışan "Bura Vətəndi!" qüruru dünyanı heyrətləndirdi...

Əsgər Sənan Abdullayev Bakı Dövlət Universitetinin məzunudu. Vətən kəlməsinin ifadə etdiyi məna çalarlarına yaxşı bələddi.

- Döyüşlərdən əvvəl bu mahnını dinləmişdik. Biz də onun sözlərini, musiqisini, ifasını bəyənmişdik. Onu Zəfərdən sonra dinləyəndə ürəyimizi qürur silələmişdi. Hərbi xidmətə Zəfər qüruru ilə başlamışıq. "Bura Vətəndi!" mahnısını dinləyəndə könlümüzü coşduran gözəl ovqat da bu Zəfərin davamıdı. Vətən müharibəsində çağırışçı olanlar döyüşənlərin ruhən sırasındaydı.

- Xətainin döyüşçüləri döyüşdən əvvəl "Ruhani" dinləyərmiş. Yəni, Vətən müharibəsində "Ruhani" də, digər havalar da döyüş ruhunun cəfakeşi olub, - deyirəm.

- Vətənpərvərlik tədbirlərində Əməkdar İncəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbaninin bir fikri zabitlərimizi də, əsgərlərimizi də duyğulandırmışdı: "Torpaq qanla qarışanda vətənləşir". Yəni, müqəddəsləşir. Sizin dediyiniz səsləşmə məhz bu müqəddəsləşmənin səsləşməsidi, - zabit Sənan Cəlilov Vətən müharibəsindən əvvəl yaşanılmış duyğuları xatırladır.

Bu xatırlatma "Bura Vətəndi!" nidasının coşqusu ilə döyüşənlərimizin döyüşlərdə şəhid olanlarımızın döyüş əzminin, qələbə ruhunun xatırlanmasıdı. Əsgərlərin baxışlarında şəhidlərimizin ruhuna dərin ehtiram görünür.

Zabitin gərəkli xatırlatması əsgərlərin düşüncələrində hiss edilməsi çətin olmayan bir tərpəniş yaradır. Zabitin xatırlatması bizim də düşüncələrimizdə Vətən müharibəsindən əvvəlki illərlə Vətən müharibəsindən sonrakı aylar arasında mənəvi, mənəvi-ruhi körpüyə dönür. Həmin tədbirlərdə əsgərlər də, zabitlər də elə oradan döyüşlərə getməyə hazır idilər, bunu arzulayırdılar; o gözəl səsləşmə döyüş əzmini kükrədirdi, döyüş əzminin qələbə ilə nəticələnəcəyinə yerə-göyə inandığımız qədər inanırdıq. Əsgərlər döyüş növbətçiliyini səngərdən başlayacaq döyüşləri dövlət sərhədlərimizdə bitirmək əzmi ilə aparırdı. Sonuncu güllənin atılacağı yerdə əlləri səngərin bu üzündə ovuclayacağı torpağı gözlərinə sürtərək "Bura Vətəndi!" deyəcəyi günün ərəfəsində olduğunu əsgərin özü də bilirdi, bizi, deməli, ictimaiyyəti də buna əmin edirdi.

Bakı Dövlət Universitetinin hüquq fakültəsinin məzunu əsgər Elvin Atakişiyevin ata-anası işğala qədər Qubadlının Çay Tumaslı kəndində yaşayıblar. "Vətən deyiləndə üzünü görmədiyim kəndimiz düşür yadıma. Atamın, anamın, digər köçkünlərin ruhunun göynərtisinə dönmüş həsrət məni də sıxır. Vətənimizin başlanğıcı atam-anam üçün, deməli, həm də mənim üçün bu kənddən başlayır. Sonra Qubadlı, sonra Azərbaycan. Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyev də son nəfəsinəcən Qubadlı deyib, Azərbaycan deyib. Yəni, Vətən kəlməsinin ifadə etdiyi mənaları bizə də uşaqlığımızdan aşılayıblar. Məktəbdə, ailədə deyilənlərdən əlavə oxuduğumuz kitablardan da çox şey öyrənmişik. Tarix müəllimimizdən eşitmişəm, söz düşəndə həmişə deyirəm:

- Min illər əvvəl də, hunlar dövründə də at, yəhər, qılınc ən böyük var-dövlət hesab edilib. Döyüşçü üçün də, onbaşılar, yüzbaşılar üçün də, sərkərdə üçün də. Dünyanı titrədən bu imperiya əli silah tutanların Vətən adlandırdıqları torpağa sevgisinə güvənirdi. Böyük Hun imperatoru Mete xaqanın bir kəlamı o dövrün, belə demək mümkünsə, vətənsevərlik anayasası olub: Məndən yəhərimi istəyin, verəcəyəm, atımı istəyin, verəcəyəm, ancaq Vətənimi istəməyin, verməyəcəyəm!

Əsgərin dedikləri, həm də tarixə istinadən dedikləri gözəl könül xoşluğu yaradır. Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu əsgər Rauf Həsənli Elvinin dediklərinə müasirliyin ehtiramı kimi şair Məmməd Aslanın misralarını xatırladır:

Vətən gözdü, biz kirpik,
Gözümüzün keşiyini çəkirik.

Bu xatırlatma Vətən sevgisinin bütün zamanlarda ululuq mərtəbəsindən enmədiyini təsdiqləyir. Əsgər onu da deyir ki, hər birimiz himnimizdə deyildiyi kimi, Vətən üçün şəhidliyə də hazırıq.

Dövlətçilik tariximizdə Səfəvilərin xüsusi yeri var. Şah İsmayıl Xətai qüdrətli hökmdar idi, şeirlərində də, kəlamlarında da Vətən müqəddəsliyinə sədaqət vardı. Böyük sərkərdə, böyük şair deyirdi: "Müdrik əcdadlarımızdan miras qalmış üç şeyi sizə vəsiyyət edirəm - ana dilimizi, vicdanımızı, Vətənimizi". Nə gözəl vəsiyyətdi. Nə qədər gərəkli kəlamdı! Elə bunun üçün yaşamırıqmı? Ömür bunun üçün deyilmi? Bu vəsiyyət eşidənin də, eşitməyənin də ömrünün üfüqləridi. Ruhumuz bu vəsiyyətin ən sədaqətli beşiyidi.

Bir dəfə bir şəhid haqqında yazmışdım ki, indi onun ruhu səngərdə əsgərdi; ruhların əsgərləşməsi də Vətənin müqəddəsliyinin hökmüdü...

Azərbaycan dili yaşadı, zənginləşdi, dünyanın ən gözəl dillərindən biri kimi ehtiramlarla əhatələndi. Torpağı qoruyan ruhunu qoruyur, torpağı qoruyan dilini, incəsənətini, mədəniyyətini qoruyur. Birinci Qarabağ müharibəsində də, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin döyüş əmri ilə başlayan Vətən müharibəsi də təsdiqlədi ki, Xətainin bu vəsiyyəti altı əsrdi yaşadılır, əbədiyyən yaşadılacaqdır.

Əsgər Rəşad Mahmudov Abbas Səhhətin "Vətən" şeirini xatırlayaraq deyir ki, bu şeir neçə on illərdi ululuğa sədaqət kimi oxunur. Bu şeir bizim də ruhumuzun şeiridi. Biz də Dövlət Bayrağımızı işğaldan azad edilmiş torpaqlarımızda dalğalandıran döyüşçülərimizin ruhunun çağırışını düşüncələrimizə, düşüncələrimizdən ömrümüzə köçürmüşük, dövlət sərhədlərimizin bu üzünə biz də Ana Vətən deyirik, "Bura Vətəndi!" deyirik...

Azərbaycanın elmi fikir tarixində də, fəlsəfi fikir tarixində də əbədiyyən yaşayacaq bir ad-soyad da var: Xudu Məmmədov. Hamının çox böyük ehtiramla Xudu müəllim kimi tanıdığı, sevdiyi böyük alim, böyük vətəndaş Xudu Məmmədov həm də azərbaycançılığın cəfakeşiydi. Böyük alimin elmi əsərləri tələbələrə, elmi araşdırıcılara elm öyrədirdi, kəlamları Azərbaycan gəncliyini həyata hazırlayırdı, onları vətəndaş kimi formalaşdırırdı. Alim böyük təəssübkeşliklə, Azərbaycanımızın sabahlarına böyük canfəşanlıqla deyirdi: Uşaqlara Vətəni sevməyi öyrətmək lazım deyil, siz onlara Vətəni tanıdın, özləri sevəcəklər.

Xudu müəllimin fikirləri zabitləri də, əsgərləri də duyğulandırır. Əsgər Ariz Məsimov deyir ki, orta məktəbdə oxuyanda bir inşa yazmışdıq: "Haradan başlanır Vətən?". Müxtəlif fikirlər yazmışdıq. Sonralar "Azərbaycan Ordusu" qəzetində bir məqalə oxuduq: Vətən əsgər ürəyindən başlayır. Bu fikir könlümüzə yatdı. Qətiyyətlə deyə bilərəm ki, hərbi xidmətə bu inamla gəldik. İndi əsgərik. İndi qətiyyətlə deyə bilərik ki, Azərbaycan əsgərinin qoruduğu dövlət sərhədlərinin bu üzü Vətəndi. Əsgərlərimiz qədərsiz qürurla deyir ki, "Bura Vətəndi!".

Əsgər Kənan Bağırovun da dedikləri maraqla dinlənilir: "Yeniyetməliyimizdə məktəbdə, ailədə bizə Vətən haqqında çox ibrətamiz, gərəkli söhbətlər edərdilər. Sonralar bildik ki, bu söhbətlər həm də Vətəni tanıtma imiş. Vətənimizi tanıdıq da, sevdik də. Tanıdığımız, sevdiyimiz Vətənin torpaqlarını işğaldan azad edən döyüşçülərimizin davamçılarıyıq".

Ali Baş Komandanın döyüş əmrinin ilk əsgəri milli ruh oldu - Vətən müharibəsi Zəfərlə nəticələndi. "Azərbaycan!" deyənlər də, "Can Azərbaycan!" deyənlər də böyük coşquyla "Bura Vətəndi!" dedilər. Göy üzü işğaldan qurtulmuş torpaqlarımızda dalğalanan bayraqlarımıza xitabən "Dalğalan, bayrağım, bura Vətəndi!" dediyini ruhumuz aydınlığıyla eşitdi. Bunları əsgərlərimizə də deyirəm. Əsgər Elvin Atakişiyev fikrimizi əminliklə tamamlayır: Dövlət sərhədlərimizin bu üzünə biz də dünyəvi sevgilərlə "Bura Vətəndi!" deyirik...

Əsgərlər "Bura Vətəndi!" deyir, "Gülü bitəndi!" deyir. Nə gözəl səsləşmədi!

Əbədiyyən belə deyiləcək!..

Rəşid Hüseynov "Azərbaycan Ordusu"
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan-ordusu   Qələbə   Vətən  

Səngərin bu üzündə torpağı gözlərinə sürtərək "Bura Vətəndi!" deyəcəkləri günü gözləyirdilər

2021/07/6b233-1625912976.jpg
Oxunub: 859     11:45     17 İyul 2021    

Bizi "telegram"da izləyin