İyul döyüşlərindən sonra eskalasiyanın pik həddi - Tərəflərin döyüş hazırlığı

2021/07/78098-1626180675.jpg
Oxunub: 1440     14:12     16 İyul 2021    
Ötən ilin iyul ayında Ermənistan və Azərbaycan sərhədində toqquşmalar yaşandı. Toqquşmalardan bir həftə sonra, iyulun 23-də Rusiya və Ermənistan Birgə Hava Hücumundan Müdafiə sisteminin plan üzrə təlimləri başladı.

Təlimlərin məqsədi kəşfiyyat və zərbə təyinatlı Pilotsuz Uçuş Aparatlarına (PUA) qarşı döyüş metodlarının öyrənilməsi idi. Təlimlərdən yayılan görüntülərdə ermənilərin Türkiyə istehsalı “Bayraktar TB2” zərbə PUA-larını araşdırdığı görünürdü.

Təlimlərdə Ermənistan və Rusiya ordusuna məxsus zenit-raket komplekslərinin, qırıcı aviasiyalarının və artilleriya sistemlərinin komandirləri iştirak edib.

Təlimlər Azərbaycan və Ermənistan sərhədi boyunca ağır silahlardan, habelə PUA-lardan istifadə ilə toqquşmaların dərhal ardınca keçirilirdi. Döyüşlər zamanı və sonrasında Ermənistan ordusuna məxsus 4 ədəd PUA zərərsizləşdirilmişdi.

İyulun 27-də Müdafiə Nazirliyi məlumat yaydı ki, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçiriləcək. Birgə təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb ediləcək. Plana əsasən təlimlər avqustun 1-dən 5-dək quru qoşunlarının da cəlb edilməsi ilə Bakıda və Naxçıvanda, hərbi aviasiya vasitələrinin iştirakı ilə isə iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçiriləcək.

Elə həmin gün məlumat yayıldı ki, təlimlərə hazırlıq çərçivəsində iki qardaş ölkənin Dövlət bayraqlarının dəyişmə mərasimi keçirilib, Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyət və hərbi texnikaları Naxçıvana gəlib. Bayraqdəyişmə mərasimində iştirak etmək üçün Əlahiddə Ümumqoşun Ordunun bayraq taqımı Naxçıvan şəhərindən Sədərək sərhəd-keçid məntəqəsinə - Araz çayı üzərindəki “Ümid” körpüsünə doğru yürüşə başlayıb. Mərasimdə çıxış edənlər günü-gündən inkişaf edən Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərindən və hərbi-texniki əməkdaşlıqdan danışıblar. Sonra təlimə cəlb edilmiş Türkiyə Silahlı Qüvvələrinin nümayəndələri Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsində yerləşiblər.

Daha sonra Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-16 döyüş təyyarələri Gəncə şəhərinə gəldi. “TurAz Qartalı-2020” birgə taktiki-uçuş təlimlərində iştirak etmək üçün HHQ-nin geniş tərkibdə uçuş və mühəndis-texniki heyəti Gəncə şəhərində yerləşdirildi.

Rusiyanın nüfuzlu nəşrlərindən olan “Nezavisimaya qazeta”da birgə təlimlərə həsr olunmuş məqalə dərc edildi. Məqalədə Türkiyənin öz döyüş təcrübəsini Azərbaycanla bölüşmək istəməsi təlimlərin əsas hədəflərindən biri kimi göstərilirdi. Vurğulanırdı ki, Türkiyə ordusunun lokal münaqişələrdə (məsələn, Suriya, Liviya və İraqda) döyüş tətbiqinin müasir təcrübəsi göstərir ki, Ankara çoxdandır sayla yox, ağılla, bacarıqla döyüşür. Türkiyə Silahlı Qüvvələri zərbə PUA-ları, təyyarələri və helikopterləri, habelə HHM vasitələrini və düşmən arxasında diversiya əməliyyatları həyata keçirən xüsusi təyinatlı bölmələri geniş tətbiq edir. Türkiyə öz təcrübəsini Azərbaycana öyrətməyə hazırdır.

Rusiya mətbuatı xüsusi vurğulayırdı ki, Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə irimiqyaslı manevrlərinin Ermənistanla mümkün müharibəyə hazırlıq olduğu məlum deyil. Lakin bu, postsovet dövrünün ən irimiqyaslı təlimləridir və Azərbaycanla Ermənistan arasında münaqişənin qızışdığı bir vaxtda keçirilir: “Bakıdan və Ankaradan səslənən bəyanatlara əsasən Azərbaycan-Türkiyə qruplaşmasının fəaliyyəti hücum xarakterli olacaq və Ermənistanın, habelə ola bilsin, onun müttəfiqlərinin aqressiv davranışlarını cilovlamaq xarakteri daşıyacaq”.

Təlimlərdən bir neçə gün əvvəl Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı, general Ramiz Tahirovun rəhbərliyi ilə hərbi heyət Ankarada danışıqlar aparıb. Bir həftə sonra, iyulun 22-də Türkiyənin Milli Təhlükəsizlik Şurası bəyannamə qəbul edərək Ermənistanın illərdir işğal altında saxladığı ərazilərin azad edilməli olduğunu bildirib. R.T. Ərdoğan tərəfindən imzalanmış sənəddə deyilirdi ki, Türkiyə qardaş Azərbaycan xalqının öz ədalətli mübarizəsində seçdiyi istənilən həll yolunu dəstəkləyəcək.

Azərbaycan Türkiyənin hərbi təhsil sahəsində ən sıx əməkdaşlıq etdiyi və Türkiyə Silahlı Qüvvələri tərəfindən təhsil dəstəyinin təmin edildiyi ölkələr arasında ön sıradadır. 11 avqust 1992-ci ildə imzalanmış “Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında” müqavilə və 10 iyun 1996-cı ildə imzalanmış “Hərbi sahədə təhsil, texniki və elmi əməkdaşlıq razılaşması” çərçivəsində Türkiyə ilə Azərbaycan hərbi təhsil sahəsində əməkdaşlıq edir. Bu günə qədər Türkiyə Silahlı Qüvvələrinin təhsil müəssisələrində çoxsaylı azərbaycanlı hərbçi təhsil alıb. Hazırda azərbaycanlı hərbçilərin bir qrupu Türkiyənin təhsil müəssisələrində təhsillərini davam etdirir. Azərbaycan Silahlı Qüvvələrinin yenidən təşkilinə kömək etmək məqsədilə hər il müəyyən kvotalar daxilində Türkiyədə azərbaycanlı hərbi qulluqçular təhsil alırlar.

Təlimlərdən sonra Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana gəldi. Prezident İlham Əliyev avqustun 13-də nümayəndə heyətini qəbul edərkən bildirdi ki, hərbi əməkdaşlıq baxımından bu təlimlərin çox böyük önəmi var, eyni zamanda, insanlar arasındakı əlaqələrin, xalqlar arasındakı qardaşlığın gücləndirilməsi üçün təlimlərin çox böyük əhəmiyyəti və faydası var.

“Bu, bir ənənədir. Bildiyiniz kimi, hər il həm Azərbaycanda, həm də Türkiyədə 10-dan çox birgə təlim keçirilir. Ona görə bu təlimlərin keçirilməsi adi haldır. Burada hansısa bir fövqəladə hal axtarmaq lüzumsuzdur. Biz də müşahidə edirik ki, bu təlimlər bəzi ölkələrdə narahatlıq doğurur. Ancaq buna heç bir əsas yoxdur. Bu, Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təzahürüdür”, - deyə Prezident qeyd edib.

Hərbi təlimlərə münasibətini bildirən Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar qeyd edib: “Bizim hərbi çərçivə müqavilələrimiz, hərbi təhsil sahəsində əməkdaşlığa dair razılaşmalarımız, müdafiə sənayesi sahəsində əməkdaşlığımız var. Bütövlükdə bunların məntiqi nəticəsi olaraq, 2010-cu ildə imzalanan strateji əməkdaşlıq sazişimiz var. Beləliklə, bu müqavilələr çərçivəsində bizim buraya gəlməyimiz, getməyimiz, birlikdə olmağımız, təlimlərdə bərabər olmağımız son dərəcə təbii bir fəaliyyətdir. Biz ölkələrimizin suverenliyi, müstəqilliyi və təhlükəsizliyi üçün lazım olan nə varsa bu günə qədər etdik və bundan sonra da etməyə davam edəcəyik”.

Sentyabrın 21-dən 26-dək isə Rusiyanın başçılığı ilə “Qafqaz-2020” adlı hərbi təlimlər keçirildi. Rusiya “Qafqaz-2020” strateji komanda-qərargah təlimlərində iştirak etmək üçün 7 ölkədən, o cümlədən Azərbaycandan hərbçilər dəvət etmişdi. Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin bildirdi ki, Xəzər dənizi akvatoriyasında təlim epizodlarının həyata keçirilməsi üçün Azərbaycan və İran dəvət edilib. Təlimlərin birinci mərhələsində hərbi idarəetmə orqanları şərti hərbi-siyasi vəziyyətdə hərbi əməliyyatları keçirildi. İkinci mərhələdə isə çoxmillətli qüvvələr qrupunun birgə döyüş əməliyyatları təşkil edildi.

Azərbaycan Müdafiə Nazirliyi sentyabrın 5d-ə bildirdi ki, “Qafqaz-2020” təlimlərində Azərbaycan Ordusunun hərbi qulluqçuları iştirak etməyəcək. Qeyd olunan hərbi təlimlərə sadəcə olaraq iki nəfər hərbi qulluqçumuzun müşahidəçi qismində göndərilməsi planlaşdırılırdı.

Cənubi Qafqazda ard-arda keçirilən təlimlər tezliklə regionda genişmiqyaslı müharibənin başlamasından xəbər verirdi. “Qafqaz-2020” hərbi təlimlərinin başlamasından bir gün sonra, sentyabrın 27-də Azərbaycan ordusu əks-hücum əməliyyatlarına başladı. Təlimlərdə mənimsənilən taktika və strategiyalar tətbiq edilərək Ermənistan ordusu məhv edildi.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   Türkiyə   Təlimlər  

İyul döyüşlərindən sonra eskalasiyanın pik həddi - Tərəflərin döyüş hazırlığı

2021/07/78098-1626180675.jpg
Oxunub: 1441     14:12     16 İyul 2021    

Bizi "telegram"da izləyin