Ermənistan da KTMT çərçivəsində Əfqanıstana gedəcək?

2021/07/00-24-1625832019.jpg
Oxunub: 998     21:59     09 İyul 2021    
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bildirib ki, Əfqanıstanda ekstremislərin hökumətə qarşı hücumu olsa, KTMT bu ölkəyə hərbi yardım məsələsini dərhal müzakirə edəcək.

“1in” nəşri yazır ki, ABŞ və NATO-nun öz qoşunlarını Əfqanıstan ərazisindən çıxarmasından sonra bu ölkədə və onun ətrafında vəziyyət gərginləşir.

“Faktiki olaraq Rusiyanın SSRİ kimi Əfqanıstana yenidən qoşun yeritməyə məcbur olacağı perspektivi mümkünsüz deyil. Üstəlik, Lavrovun bəyanatı sübut edir ki, bu, məhz SSRİ məntiqində baş verə bilər, çünki Lavrov Rusiyanın yox, KTMT-nin qoşunu haqqında danışır”, - deyə müəllif bildirib.

Müəllifin sözlərinə görə, bütün hallarda burada Ermənistan üçün də çox həssas ola biləcək məsələlər yaranır.

“Xüsusən, məlum olduğu kimi, ABŞ və NATO Əfqanıstan kampaniyasına başlayanda Ermənistan NATO-nun Əfqanıstandakı sülhməramlı missiya fəaliyyətinə qoşuldu. Bunun bağlı qərarın o vaxt Ermənistan parlamentində qızğın müzakirələrin obyektinə çevrilməsi diqqətçəkicidir”, - deyə məqalədə bildirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   KTMT   Əfqanıstan  

Ermənistan da KTMT çərçivəsində Əfqanıstana gedəcək?

2021/07/00-24-1625832019.jpg
Oxunub: 999     21:59     09 İyul 2021    

Bizi "telegram"da izləyin