Fransa Avropanın dəniz patrul təyyarəsi layihəsini tərk edir

2021/07/16257-1625814066.jpg
Oxunub: 807     14:38     09 İyul 2021    
Fransa Almaniyanın ABŞ-dan beş ədəd “Boeing” istehsalı P-8 “Poseidon” dəniz patrul təyyarəsi almağa qərar verməsindən məmnun deyil.

Ordu.az xəbər verir ki, bu barədə Fransanın “La Tribune” nəşri yazıb.

Nəşr qeyd edir ki, Fransa buna görə Avropanın daxilində dəniz patrul təyyarəsi yaratmaq üçün başladılan MAWS layihəsini tərk etmək qərarına gəlib.

Fransa və Almaniya əvvəlcə “Atlantique 2” və “Orion” dəniz patrul təyyarələrini istismardan çıxarmaq və yeni təyyarələrlə əvəz etmək üçün MAWS layihəsinə başlamışdı. Layihə çərçivəsində istehsal ediləcək təyyarələr iki ölkənin donanmasına 2030-cu ilə qədər daxil olmalı idi. Gələcəkdə layihəyə digər Avropa dövlətlərinin qoşulması planlaşdırılırdı.

Qeyd edək ki, Almaniya Müdafiə Nazirliyi ölkənin Hərbi Dəniz Qüvvələri üçün ABŞ-ın “Boeing” şirkətindən 5 ədəd 8A “Poseidon” dəniz patrul təyyarəsinin alınmasına qərar verib. Yeni təyyarələr 2024-cü ilədək hazırda Almaniya donanmasının arsenalında olan “Lockheed Martin” istehsalı P-3C “Orion” patrul təyyarələrini əvəz edəcək.

Ekspertlər Almaniyanın ABŞ təyyarələri alması qərarının siyasi olduğunu düşünür. Belə ki, Berlin ABŞ-ın yeni administrasiyasından “Şimal Axını 2” layihəsinə daha yumşaq mövqe sərgiləməsini gözləyir.

Sevinc Əliyeva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Avropa   Dəniz-patrulu  


Bizi "telegram"da izləyin