ABŞ və beynəlxalq ictimaiyyətin İyul döyüşlərinə reaksiyası necə oldu?

2021/07/2-1626181974.jpg
Oxunub: 1748     13:12     17 İyul 2021    
Sovet İttifaqının dağılması ərəfəsində başlayan Ermənistan-Azərbaycan toqquşmaları SSRİ-nin dağılmasından sonra daha da gərginləşdi. Qısa müddətlə genişmiqyaslı müharibəyə çevrilən toqquşmalarda Ermənistan Azərbaycana məxsus əraziləri işğal etdi. BMT tərəfindən işğal olunmuş ərazilərlə bağlı qətnamələr qəbul edilsə də, icra edilmədi.

1994-cü ildə tərəflər arasında atəşkəs imzalandı və münaqişənin sülh yolu ilə həll edilməsi üçün fürsət yarandı. Münaqişənin sülh yolu ilə həll edilməsi üçün 1992-ci ildə yaradılan ATƏT-in Minsk Qrupu bir neçə həll variantları hazırladı. Ancaq bunların heç biri nəticə vermədi.

Olduqca həssas olan atəşkəs rejimi demək olar ki, hər gün pozulurdu. 2016-cı ilin aprel ayının əvvəlində tərəflər arasında ciddi qarşıdurma baş verdi. Azərbaycan bir sıra kəndləri işğaldan azad etməyi bacardı. Qısa müddətdə atəşkəs əldə edildi.

Ötən ilin iyul ayının 12-də baş verən toqquşma Cənubi Qafqazda 2016-cı ilin Aprel döyüşlərindən sonra baş verən ən ciddi qarşıdurma idi. Döyüşlər Ermənistan və Azərbaycan arasında olan keçmiş təmas xəttindən bir qədər aralı yerləşən sərhəd bölgəsində, Azərbaycanın Tovuz, Ermənistanın Tavuş bölgələrində gedirdi. Toqquşmalarda ağır artilleriya vasitələrindən və PUA-lardan istifadə edilib.

Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev iyul ayının 14-də bildirdi ki, düşmənin 100-ə qədər canlı qüvvəsi, çoxlu sayda döyüş və nəqliyyat texnikası, mühüm obyektləri məhv edilib. İyulun 16-da Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, döyüşlərdə düşmənin 20-yə yaxın canlı qüvvəsi, 1 zirehli texnikası, 1 radioelektron mübarizə (REM) vasitəsi, döyüş postları və dayaq məntəqəsi məhv edilib.

Döyüşlərdə Azərbaycan ordusunun generalı Polad Həşimov və polkovniki İlqar Mirəzyev daxil olmaqla 12 hərbi qulluqçu şəhid olub. Toqquşmalarda Ermənistan ordusunun atəşi nəticəsində mülki, yaşlı kişi də həlak olub.

Azərbaycan ictimaiyyəti ordu daxilində ciddi hörmətə malik generalın ölümündən dərin sarsılmışdı. On minlərlə insan döyüşlər zamanı küçələrə axışaraq Ermənistanda qisas alınmasını tələb etdi. Azadlıq meydanı, hökumət və parlament binalarının önündə baş tutan dəstək aksiyalarında insanlar səfərbərlik elan edilməsi və torpaqların işğaldan azad edilməsi üçün hərbi əməliyyatların başlaması üçün Prezident İlham Əliyevə çağırış etdirdilər.

Ermənistanda isə vəziyyət gərgin idi. Siyasi müxalif qüvvələrə qarşı siyasi təqiblər artmışdı, əsas müxalif partiyalardan olan “Çiçəklənən Ermənistan” partiyasının sədri həbs təhlükəsi ilə üz-üzə idi. İctimaiyyət arasında narazılıq artmışdı. Koronavirus pandemiyası isə öz təsirinin pik həddində idi.

Paşiniyanın hökumətinin koronavirusa qarşı çox tənqid olunan münasibəti fonunda ölkədə siyasi qütbləşmə yüksək idi. Döyüşlər ən azı parlament müxalifəti üçün bu məsələləri arxa plana atdı. 2018-ci ildə hakimiyyətdən uzaqlaşdırılan keçmiş milliyəçi qruplaşmalar hakimiyyətə gəlmək üçün müxtəlif üsullarla əl atırdılar.

Koronavirus pandemiyasının yaratdığı vəziyyətdə müharibə Ermənistan üçün daha ağrılı şərait yaradacaqdı. Həm Ermənistan, həm də Azərbaycan koronavirus pandemiyasına qarşı mübarizə aparırdı. Şiddətlənən münaqişə heç bir ölkəyə sərf etmirdi. Mübarizə bölgədəki həssas humanitar vəziyyəti çətinləşdirirdi. Rusiya, İran və Orta Asiya, hamısı koronavirusdən son dərəcə yüksək infeksiya nisbətləri, işsizliyin artması və çətin iqtisadi vəziyyətlə mübarizə aparırdı.

Beynəlxalq ictimaiyyət necə cavab verdi?

Fransa, Rusiya və ABŞ-ın həmsədr olduğu Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Minsk Qrupu atəşkəsdən sonra münaqişənin həllində vasitəçilik edirdi. Təşkilat hər iki tərəfi atəşkəsə riayət etməyə, danışıqlara qayıtmağa çağırdı.

Rusiya Xarici İşlər naziri Sergey Lavrov hər iki tərəfdən olan həmkarı ilə danışıqlar aparırdı. Rusiya Təhlükəsizlik Şurası döyüşlərlə bağlı qapalı bir iclas keçirdi və Rusiya Prezidenti Vladmir Putin də vəziyyəti gərginləşdirməməyə çağırdı.

Bununla yanaşı, Rusiya da problemin bir hissəsidir. İllərdir işğala davam edən Ermənistana silah tədarük edən ölkə Rusiyadır. Ermənistanın silaha olan ehtiyacının 90%-dən çoxunu bu ölkə ödəyir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıq şəkildə Azərbaycanı dəstəkləyir. Bakı Ankaraya Müdafiə nazirinin müavinini göndərdi, orada Türkiyənin Müdafiə naziri Hulusi Akar kömək edəcəyini və İrəvanın yaranmış vəziyyətə görə cavab verəcəyini bildirdi. İsrail də son illərdə Azərbaycana yüksək texnologiyaya malik silahlar satıb. Döyüşlərdə İsrail istehsalı tank əleyhinə raket kompleksləri və kamikadze PUA-ları xüsusi üstünlük nümayiş etdirdi. İran isə iki tərəf arasında vasitəçiliyə kömək edəcəyini vəd etdi.

Amerika Birləşmiş Ştatları hansı münasibəti ilə yadda qaldı?

ABŞ-da yüksək səviyyəli dövlət məmurları döyüşlərə çox az əhəmiyyət verirdilər. ABŞ Dövlət katibi Mayk Pompeonun 13 iyul tarixində Lavrovla telefon danışığında bu mövzunu gündəmə gətirmədiyi görünür. Dördüncü ilində fəaliyyət göstərməsinə baxmayaraq, sabiq prezident Donald Trampın administrasiyası Cənubi Qafqaz bölgəsi ilə bağlı siyasət yürütməyib, digər güclərin - İran və Rusiya da daxil olmaqla doldurmaq istədikləri boşluğu yaradıb. İyul döyüşlərinə yüksək səviyyədə reaksiya verilməməsi bir daha göstərir ki, Vaşinqton Qafqazdakı məsələləri prioritet hesab etmir. Bu hal özünü Vətən Müharibəsindən sonra yaranmış yeni vəziyyətdə də göstərdi.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: İyul-döyüşləri   ABŞ  

ABŞ və beynəlxalq ictimaiyyətin İyul döyüşlərinə reaksiyası necə oldu?

2021/07/2-1626181974.jpg
Oxunub: 1749     13:12     17 İyul 2021    

Bizi "telegram"da izləyin