Azərbaycan və Ermənistan arasında iyul toqquşmalarına səbəb olan AMİLLƏR

2021/07/56756-1626181821.jpg
Oxunub: 1856     15:23     15 İyul 2021    
2020-ci ilin iyul ayının 12-də Azərbaycanın sərhəd bölgəsi Tovuz və Ermənistan tərəfindəki Tavuş bölgəsi iki dövlətin silahlı qüvvələri arasında toqquşmanın yeni meydanına çevrildi. Qarşıdurma ağır artilleriya və Pilotsuz Uçuş Aparatlarının iştirakı ilə müşayiət olundu. Qısamüddətli toqquşma hərbi qulluqçularımız və mülki şəxslərin şəhid olması və yerli infrasturukturun dağıdılması ilə nəticələndi.

İyulun 14-də Azərbaycan Müdafiə Nazirliyi general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevin Ermənistan ordusunun açdığı atəş nəticəsində şəhid olduğunu bildirdi. Yüksək rütbəli şəxslərin döyüşlərdə şəhid olması Bakıda Ermənistana qarşı spontan kütləvi aksiyaların keçirilməsinə səbəb oldu. Təxminən 30 mindən çox vətəndaş Azadlıq Meydanında və parlamentin binası önündə Ermənistan qisas almaq və hərbi səfərbərliyə başlamaqla bağlı çağırışlar səsləndirdilər.

Ermənistan tərəfi sərhəddə Azərbaycan ordusuna məxsus hərbi maşının Tavuşa girməyə cəhd etdiyini iddia etsə də, bununla bağlı heç bir sübut təqdim edə bilmədi. Azərbaycan rəsmiləri qeyd etdi ki, Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə Ermənistan və Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərini atəşə tutub.

İyul ayının ortalarında baş verən gərginləşmənin Nikol Paşinyanın Ermənistanda hakimiyyətə gəlişindən sonra ilk ciddi hərbi hadisə olması diqqət çəkirdi. Sərhəd toqquşmaları Ermənistan daxilində baş verən ciddi hadisələr fonunda baş verirdi. Ölkədə COVID-19 epidemiyası ilə bağlı vəziyyət olduqca ciddi idi, iqtisadi infilyasiya sürətlə artır, keçmiş rejimin nümayəndələrinə (KTMT-nin keçmiş Baş katibi Yuri Xaçaturov, keçmiş prezidentlər Serj Sarkisyan və Robert Köçəryan) və müxalif qüvvələrə (Çiçəklənən Ermənistan partiyasının sədri Qaqik Tsarukyan) qarşı total siyasi təqiblər baş verir, Ermənistan Milli Təhlükəslik Xidmətində “islahatlar”a cəhd edilirdi.

Ermənistanda keçirilən son sorğular mövcud siyasi təlatümlərdən narazılığın artdığını göstərirdi, bu səbəbdən hökumətin ictimai dəstəyi sürətlə artırmağın yollarını axtarması təəccüb doğurmamalıdır.

“Çiçəklənən Ermənistan”, “Vətən” və “Daşnaksütun” partiyaları Paşinyanın Qarabağda hərbi qulluqda olan oğlunun yerinin dəyişdirilməsindən üç gün sonra başlayan toqquşmaların vaxtı və yeri ilə bağlı şübhələrini dilə gətirdilər.

2018-ci ildə Ermənistanda hakimiyyət dəyişikliyi baş verdi. Müşahidəçilər bu hadisəyə sülh danışıqlarının yenidən başlaması üçün fürsət kimi baxırdılar. Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan arasında bir neçə üzbəüz görüşdən sonra iki hökumət “əhalisini sülhə hazırlayacaqlarını” vəd etdi. Ancaq Ermənistanın sərhəddə törətdiyi təxribat sülh prosesinə olan sonuncu ümidləri də öldürdü. Tovuz bölgəsindəki toqquşmalar İrəvanın Qarabağdakı mövcud status-kvonu qorumaq üçün yeni münaqişə zonası yaratma cəhdi idi.

Bundan başqa, toqquşmaların yaşandığı bölgə Azərbaycan üçün xüsusi risklər yaradırdı. Çünki Tovuz şəhəri Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu və digər trans-regional tranzit dəhlizləri kimi kritik infrastrukturun yaxınlığında yerləşir. Beləliklə, bu cür gərginləşmə Azərbaycanın milli təhlükəsizliyi üçün dramatik nəticələrə səbəb ola bilərdi.

Toqquşmalar davam edərkən qonşu dövlətlər regional gərginliklə bağlı “dərin narahatlıqlar” bildirirlər. Azərbaycanın əsas müttəfiqi olan Türkiyə rəsmi olaraq Bakıya tam dəstəyini bildirdi. 16 iyulda Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov Ankaraya səfər etdi və burada Türkiyənin Müdafiə naziri Hulusi Akar ilə görüşdü. Ehtimal olunurdu ki, Azərbaycan Türkiyədən PUA-lar almaq və hava hücumundan müdafiənin təşkil olunmasında yardım istəyib.

Ermənistan-Azərbaycan arasında münaqişədə vasitəçi olan Rusiya KTMT-də birgə təmsil olunduğu Ermənistanın bölgədəki əsas müttəfiqi olmasına baxmayaraq, nisbətən passiv idi. Bunun əsas səbəbi Azərbaycanın Rusiyaya qarşı ayıq və balanslı siyasət yürütməsində müvəffəq olması, sonuncunu strateji tərəfdaş kimi görməsi idi. Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenko toquşmalarla bağlı belə bir açıqlama vermişdi: “Ermənistan və Azərbaycan arasında sülh və sabitliyin təmin olunması üçün əlimizdən gələni edəcəyik”.

Sərhəd boyu toqquşmaların davam etdiyi müddətdə KTMT-nin məsələyə müdaxilə etməsi müzakirə olunurdu. Rusiyanın ittifaqın hərbi müdaxilə etməsində maraqlı olmadığı görünürdü. Moskva Azərbaycanla münasibətlərinə xələl gətirməmək üçün münaqişəni diplomatik kanallarla dayandırmağa çalışırdı.

Sərhəd döyüşləri uzun illər davam edən münaqişənin diplomatik dalana dirənməsinə səbəb oldu. Toqquşmalardan qısa müddət sonra Azərbaycan Türkiyədən zərbə tipli PUA-lar aldı və Türkiyə ilə birlikdə hərbi təlimlər keçirdi. Sentyabrın 27-də Ermənistan yenidən təxribata cəhd etdi və ağır məğlubiyyətə uğradığı müharibənin başlamasına səbəb oldu.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: İyul-döyüşləri   Ermənistan   Təxribat  

Azərbaycan və Ermənistan arasında iyul toqquşmalarına səbəb olan AMİLLƏR

2021/07/56756-1626181821.jpg
Oxunub: 1857     15:23     15 İyul 2021    

Bizi "telegram"da izləyin