Türkiyə və ABŞ müdafiə nazirləri Əfqanıstan məsələsini müzakirə edib

2021/06/18242-1623393627.jpg
Oxunub: 789     23:02     07 İyul 2021    
Türkiyə müdafiə naziri Hulusi Akar və ABŞ müdafiə naziri Lloyd Ceyms Ostin arasında telefon danışığı olub.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Müdafiə nazirləri Əfqanıstandakı Həmid Kərzai adına beynəlxalq hava limanının təhlükəsizliyi, eləcə də mühafizəsi ilə bağlı Türkiyə və ABŞ-ın texniki heyətləri arasında keçirilən müzakirələrdəki son vəziyyət barədə danışıblar.

Nazirlər iyulun 8-də də telefon əlaqəsi saxlayaraq müzakirələri davam etdirmək barədə razılaşıblar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   ABŞ  


Bizi "telegram"da izləyin