XİN: İran Azərbaycanın 3+3 formatlı əməkdaşlıq təklifini dəstəkləyir

2021/07/15975-1625648071.jpg
Oxunub: 733     12:50     07 İyul 2021    
“Azərbaycan torpaqlarının azad edilməsi Cənub Qafqaz ölkələri ilə İran İslam Respublikası, Rusiya və Türkiyə arasında ölkələrin ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında əməkdaşlıq üçün uyğun bir zəmin hazırlanmasına səbəb olub”.

Ordu.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Hatipzadə mətbuata açıqlamasında bildirib.

Rəsmi Bakının 3+3 formatlı (Azərbaycan, Türkiyə, Gürcüstan, İran, Rusiya və Ermənistan) əməkdaşlıq təklifinə münasibət bildirən diplomat deyib: “Biz Cənubi Qafqazın üç dövləti, Rusiya və Türkiyə ilə yaxın əlaqələrə malikik. Başqa sözlə İran belə bir əməkdaşlığın ilk addımlarını ata bilər”.

Ordu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Azərbaycan   3+3  


Bizi "telegram"da izləyin