Paşinyan sabah Rusiyaya gedir

2021/06/215c8-1624263051.jpg
Oxunub: 851     16:13     06 İyul 2021    
Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan iyulun 7-də Rusiya Federasiyasına işgüzar səfər edəcək.

Ordu.az xəbər verir ki, məlumatı “Aysor” yayıb.

Bildirilib ki, Moskvada Rusiya prezidenti Vladimir Putinlə Nikol Paşinyan arasında görüş olacaq.

Tərəflərin Rusiya-Ermənistan strateji əməkdaşlığa dair məsələləri, 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanatın icrası vəziyyətini müzakirə edəcəkləri gözlənilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Rusiya   Səfər  


Bizi "telegram"da izləyin