F-35 təyyarələri 400 min saat uçuş həyata keçirib

2021/07/F-35--1625554858.jpg
Oxunub: 695     14:05     06 İyul 2021    
ABŞ-ın “Lockheed Martin” şirkəti tərəfindən istehsal edilən 5-ci nəsil F-35 qırıcı təyyarələri 400 min saat uçuş həyata keçirib.

Ordu.az xəbər verir ki, bu barədə F-35 proqramının vitse-prezidenti və baş meneceri Bridcet Lauderdal məlumat verib.

Uçuş saatlarının 41%-i əməliyyat, qalanı sınaqlar zamanı həyata keçirilən uçuşlara aiddir.

F-35 təyyarələrinin sifarişçilərə çatdırılması prosesi davam edir. ABŞ və 9 ölkə tərəfindən idarə olunan F-35 təyyarələri dünyanın 21 hərbi bazasında fəaliyyət göstərir. 1380-dən çox pilot və 10670 texniki xidmət işçisi bu gün inventarda olan 655-dən çox F-35 döyüş təyyarəsinə xidmət göstərir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Lockheed-Martin   F-35  


Bizi "telegram"da izləyin