Üç ölkənin Əfqanıstanın Məzari-Şərifdəki konsulluğu işini dayandırıb

2021/07/76876-1625558750.jpg
Oxunub: 806     12:05     06 İyul 2021    
Əfqanıstanın Bəlx əyalətində vəziyyətin gərginləşməsi, "Taliban" qiyamçılarının ölkənin şimalına-Mərkəzi Asiya dövlətlərinin sərhədlərinə doğru irəliləyərək daha çox ərazi ələ keçirməsi ilə əlaqədar Türkiyə, İran və Pakistanın Məzari-Şərif şəhərindəki konsulluqları işini dayandırıb.

Ordu.az-ın məlumatına görə, Tacikistan mətbuatı Əfqanıstanın “Khaama” nəşrinə istinadla xəbər verir ki, Məzari-Şərif şəhərindəki konsulluqlarda çalışan diplomatlar Kabilə köçürülüb.

Məlumatda bildirilir ki, Qazaxıstan, Tacikistan və Özbəkistanın Əfqanıstandakı diplomatik missiyaları Əfqanıstan vətəndaşları üçün viza verilməsini məhdudlaşdırıblar.

Xatırladaq ki, "Taliban" qiyamçıları Əfqanıstanın şimalında 100-dən artıq rayona nəzarəti ələ keçirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tacikistan   Əfqanıstan   Taliban  


Bizi "telegram"da izləyin