Tacikistan-Əfqanıstan sərhədinin gücləndirilməsinə 20 min hərbçi cəlb olunub

2021/07/56756-1625556825.jpg
Oxunub: 721     11:33     06 İyul 2021    
Tacikistan Prezidenti Emamali Rahmon Əfqanıstanla sərhədin gücləndirilməsi üçün daha 20 min hərbçinin Tacikistan-Əfqanıstan sərhədinə göndərilməsinə göstəriş verib.

Ordu.az xəbər verir ki, Emamali Rahmon Tacikistan-Əfqanıstan sərhədində siyasi və hərbi vəziyyətin gərginləşməsi ilə bağlı respublika Təhlükəsizlik Şurasının üzvlərinə, güc strukturlarının, hüquq-mühafizə orqanlarının rəhbərlərinə dövlətin və xalqın təhlükəsizliyinin qorunması üçün sərhəddə konkret tədbirlər həyata keçirilməsini tapşırıb.

Prezident həmçinin dövlət sərhədinin etibarlı qorunması, baş verə biləcək hər cür təhlükənin, transmilli cinayətkarlığın, terrorizm, ekstremizm, narkotiklərin qeyri-qanuni dövriyyəsinin qarşısının alınması istiqamətində təxirəsalınmaz tədbirlərin reallaşması üçün də göstəriş verib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tacikistan   Əfqanıstan  


Bizi "telegram"da izləyin