Kolumbiyada hökumət qüvvələri tərəfindən 5 üsyançı öldürülüb

2021/07/farc--1625545116.jpg
Oxunub: 761     09:51     06 İyul 2021    
Kolumbiya hərbçiləri hücum edərək ölkənin cənubunda Kaqueta departamentində yerləşən keçmiş üsyançı təşkilat olan Kolumbiya İnqilabi Silahlı Qüvvələrinin (KİSQ) beş üzvünü öldürüb.

Ordu.az xəbər verir ki, bu barədə hərbi mənbələrdən bildirilib.

Öldürülən qiyamçılar KİSQ liderlərindən olan İvan Markesin rəhbərlik etdiyi qrup üzvləridir.

Qeyd edək ki, Kolumbiya hökuməti ilə KİSQ arasında silahlı qarşıdurma 1960-cı illərdən davam edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kolumbiya   Üsyan  


Bizi "telegram"da izləyin