Astaralı ziyalılar şəhid ailələri və qazilərlə görüşüblər - FOTOLAR

2021/07/16254-1625502205.jpg
Oxunub: 816     18:16     05 İyul 2021    
Astaralı ziyalılardan bir qrupu - rayon icra hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Firəngiz Sadıxova, hüquq şöbəsinin müdiri Bəsti Əliyeva, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Turan Həsənzadə və Asxanakəran ərazi icra nümayəndəsi Səlahəddin Əliyev şəhid ailələri və qazilərlə görüşüblər.

Ordu.az xəbər verir ki, şəhid Əhəd Ağayevin, Kənan Hacıyevin, Pəncəli Teymurovun ailələri və qazi Sahab Mahmudovla görüşən ziyalılar onların problem və qayğıları ilə maraqlanaraq istək və arzularını dinləyiblər.

Görüş iştirakçıları Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun əsgər və zabitlərinin, o cümlədən astaralı döyüşçülərin göstərdiyi qəhrəmanlıqlardan danışıblar.

Şəhid ailələrinin üzvləri və qazilər onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Astara   Şəhid-ailəsi   Qazi  


Bizi "telegram"da izləyin