Naxçıvanda hərbi xidmətdən yeni tərxis olunmuş gənclərin məşğulluqları təmin edilir - FOTOLAR

2021/07/16254-1625501789.jpg
Oxunub: 2755     19:23     05 İyul 2021    
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə Kəngərli rayonunda hərbi xidmətdən tərxis olunmuş gənclərlə görüş keçirilib.

Ordu.az xəbər verir ki, görüşdə gənclərin vakant iş yerlərinə göndərilməsi, müvafiq peşə və ixtisaslara yiyələnməsi üçün peşə hazırlığı kurslarına cəlb olunması və özünüməşğulluqlarının həyata keçirilməsi ilə bağlı müzakirələr aparılıb, mövzu ətrafında gəncləri maraqlandıran suallar cavablandırılıb.

Tədbirin davamında gənclərin vakant iş yerlərinə, peşə hazırlığı kurslarına, haqqıödənilən ictimai işlərə göndərilməsi məqsədilə qeydiyyatı aparılıb.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 yanvar 2021-ci il tarixli Sərəncamına əsasən “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq, muxtar respublikada qadınların, gənclərin, o cümlədən sağlamlıq imkanları məhdud şəxslərin məşğulluğunun təmin olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Proqramın icrası çərçivəsində, mütəmadi olaraq həyata keçirilən sosial layihələrdən biri də hərbi xidmətdən tərxis olunmuş gənclərlə keçirilən görüşlərdir. Qarşıdakı günlərdə muxtar respublikanın digər şəhər və rayonlarında da görüşlərin keçirilməsi nəzərdə tutulub.



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər:


Bizi "telegram"da izləyin