Dipnot rejimində mübarizə: Köçəryanın Sarkisyan üzərindəki üstünlüyü nə ilə nəticələnib?

2020/06/81a87-1592981459.jpg
Oxunub: 1489     16:00     06 İyul 2021    
Nikol Paşinyan faiz nisbəti baxımından Ermənistanın ikinci prezidentinin başçılıq qüvvəyə qarşı nə qədər üstünlük qazanıbsa, bu baxımdan Robert Köçəryan üçüncü yeri tutmuş üçüncü prezident Serj Sarkisyanın başçılıq etdiyi siyasi qüvvəyə qarşı o qədər üstünlük qazanıb. Robert Köçəryan Serj Sarkisyanın rəhbərlik etdiyi qüvvədən demək olar üç dəfə çox səs toplayıb.

Bu, bir neçə baxımdan, eləcə də yaxın keçmişdəki reallıqlarla əlaqədar maraqlı haldır və müəyyən dərəcədə bu keçmişi açmağa imkan verə bilər ki, bu da öz növbəsində indini və gələcəyi daha tam şəkildə qiymətləndirmək üçün vacibdir. Məgər Köçəryan və Sarkisyanın qüvvələrinin nisbəti həqiqətənmi bu qədərdir, Köçəryanın Sarkisyana qarşı sistem üstünlüyü doğurdanmı belə olub?

Məlumdur ki, zaman və reallıqlar səbəbindən bu və ya digər dərəcədə “sapma”lar mümkündür, lakin təxminən üç dəfə çox səs müəyyən sabit reallıqlar haqqında danışır. Sirr deyil ki, Serj Sarkisyan və Robert Köçəryanın seçki kütləsi və ya uğrunda mübarizə apardıqları dairə əslində eynidir.

Və o da aydındır ki, onlar ilk növbədə bu dairədə mübarizə aparmaq, buna görə də ikinci qüvvə statusu ilə bu dairəyə rəhbərlik etmək üçün mübarizə aparırdılar. Bu mübarizədə Robert Köçəryan qalib gəldi və sual yaranır ki, məgər onun bu üstünlüyü həmişə olub? Halbuki onların mübarizəsi dipnot rejimində idi, Serj Sarkisyan prezident statusunda idi, Robert Köçəryan isə qeyri-ictimai müxalifət, lakin çox sərt müxalifət məntiqində fəaliyyət göstərirdi.

Əgər sistem daxilində qüvvələr nisbəti bu cür idisə, onda bu o deməkdir ki, Serj Sarkisyanın prezidentliyi dövründə problemlərin, hadisələrin inkişaf məsuliyyətinin böyük hissəsi faktiki olaraq məhz Robert Köçəryanın üzərinə düşürdü. Köçəryan bəlkə də, əlbəttə, Serj Sarkisyandan qurtulmaq imkanının yetişməsi baxımından bu cür üstünlük, başqa cür desək, sistem üzərində bu cür təsir şəraitində “nə qədər pis, o qədər yaxşı” prinsipi ilə fəaliyyət göstərirdi.

Sarkisyanın öz prezidentliyi dövründə hakimiyyəti hər hansı şəkildə, birbaşa və ya dolayı yolla Robert Köçəryana ötürməmək üçün hər şey etməsi, 2014-cü ildə isə uzaqlaşmaqla birlikdə birbaşa olaraq açıq təklif etməsi bəlkə də bu vəziyyəti, əşyaların bu cür vəziyyətini sübut edir.

Konstitusiya dəyişikliyi və parlament idarəetmə formasına keçid niyyəti haqqında danışarkən, özünün bu formalı keçidə razı olmadığını, lakin bunun dövlətə lazım olduğunu düşündüyünü qeyd edərkən bəyanatının mənası məhz bu idi. Buna paralel olaraq Serj Sarkisyan bildirirdi ki, onun fikrincə, heç kim iki müddətdən artıq ölkəni idarə etməməlidir.

O, özünün baş nazirliyi məsələsi ilə əlaqədar bu barədə danışırdı, lakin, əlbəttə, Robert Köçəryana işarə vururdu ki, əgər o, şəxsən və ya öz təsiri ilə seçilmiş namizəd baxımından 2018-ci ilin prezident seçkisi ambisiyasından imtina edərsə, Serj Sarkisyan parlament seçkisi keçirməməyə və növbəti namizədi özünün seçəcəyi şərtilə prezident idarəetmə sistemini buraxmağa da hazırdır.

2014-cü ilin məlum çıxışının təbəqələrindəki bəlkə də bu dipnotlar idi, lakin Köçəryan bunları qəbul etmədi və qeyri-hökumət qütbü vasitəsilə Serj Sarkisyana qarşı mübarizəni davam etdirdi, ancaq bu mübarizə şübhəsiz ki, Rusiyanın kart-blanşı ilə 2015-ci ilin məlum fevral çıxışı və bu qütbün ləğv edilməsi ilə başa çatdı. Elə alındı ki, Ermənistan artıq hüquqi cəhətdən Avrasiya İqtisadi Birliyinin üzvünə çevilmişdi və bunun geridönməzliyi məsələsinə sistemdə Serj Sarkisyana qarşı qüvvələr nisbətinin əhəmiyyətli üstünlüyünə sahib olan Köçəryan böyük töhhə vermişdi.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sarkisyan   Köçəryan  


Bizi "telegram"da izləyin