Paris məhkəməsi Fransanın “Dassualt Aviation” şirkəti tərəfindən Hindistana 36 ədəd “Rafale” döyüş təyyarəsinin satılması ilə əlaqədar araşdırmanın aparılmasına qərar verib.
Ordu.az xəbər verir ki, bu barədə Fransanın “Mediapart” araşdırma saytı yazıb.
Döyüş təyyarələrinin satılması ilə bağlı 2016-cı ildə imzalanan müqavilədə korrupsiya və müxtəlif maliyyə cinayətlərinin olması barədə əsaslı şübhələr müəyyən olunub. Məhkəməyə edilən şikayət Fransanın korrupsiyaya qarşı mübarizə aparan QHT-ləri tərəfindən verilib.
Sevinc Əliyeva
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Paris
Məhkəmə
Hindistan
Rafale