ABŞ Rusiyanın hipersəs sürətə malik kosmik raketlərini izləmək niyyətindədir

2021/07/16253-1625471536.jpg
Oxunub: 934     15:11     06 İyul 2021    
ABŞ Müdafiə Nazirliyi orbitdə yerləşdirəcəyi xüsusi peyk ilə Rusiyanın hipersəs sürətə malik kosmik raketlərini izləmək niyyətindədir.

Ordu.az xəbər verir ki, bu barədə “Breaking Defence” nəşri yazıb.

Sistemin sınaqlarının gələn il başlaması planlaşdırılır. Əvvəlcə kosmik gəmilərin rəqəmsal prototipləri sınaqdan keçiriləcək. Onların yaradılması “Raytheon” və “Boeing”in törəmə şirkətlərindən birinə həvalə edilib.

Bu mərhələ uğurlu olarsa, 2029-cu ilədək Vaşinqton peyki orbitə yerləşdirəcək.

Hipersəs sürətə malik raket buraxılışlarını izləmək və erkən xəbərdarlıq üçün istifadə ediləcək peykin 5000-20.000 kilometr yüksəklikdə yerləşdiriləcəyi bildirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Rusiya   Kosmik-raket  


Bizi "telegram"da izləyin