Misir Liviya sərhədinə yaxın ərazidə yeni dəniz bazası inşa edib

2021/07/752GU-1625471324.jpg
Oxunub: 890     19:15     05 İyul 2021    
Misir Liviya sərhədinə yaxın bölgədə yeni hərbi hərbi bazasının açılışını edib.

Ordu.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, Aralıq dənizi sahilində yerləşən baza “3 iyul” dəniz bazası adlandırılıb.

Bazanın adlandırdığı 3 iyul tarixi 2013-cü ildə Məhəmməd Mursinin devrilməsi günüdür.

Yeni dəniz bazası Misirin şimal-qərbində yerləşən Neqaila şəhərindədir. Baza Liviya sərhədinə yaxınlığı ilə diqqət çəkir. Liviya sərhədi ilə baza arasındakı məsafə təxminən 200 kilometrdir.

Dəniz bazasının açılışında Misir Prezidenti Əbdül Fattah əl-Sisi də iştirak edib. Misir bazanın Aralıq dənizi və Qırmızı dənizdə ölkənin nizamsız miqrasiyaya qarşı qorunmasına, strateji və iqtisadi maraqların təmin edilməsinə kömək edəcəyini bildirir.

Açılış mərasimində Fransa istehsalı olan iki “Mistral” helikopter gəmisi, Almaniya istehsalı olan sualtı qayıq və bu yaxınlarda təhvil verilən İtaliya istehsalı FREMM sinifinə məxsus freqatlar nümayiş olunub.

Baza 10 kv km-dən çox əraziyə və suyun dərinliyi 14 metr, uzunluğu 1000 metr olan dəniz limanına sahibdir.

Misirlə əlaqəli xəbər kanalları bazanın açılmasını “Türkiyənin Liviya və Şərqi Aralıq dənizindəki təsirini məhdudlaşdırmaq” kimi qiymətləndirir.

Sevinc Əliyeva
Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Misir   Liviya   Dəniz-bazası  


Bizi "telegram"da izləyin