Moskva Qarabağ müharibəsinin nəticələri ilə barışır - Zəngəzur dəhlizi reallaşacaq

2020/06/44-1592036113.jpg
Oxunub: 2724     20:57     03 İyul 2021    
Rusiyalı analitiklər ciddi rus-türk fikir ayrılıqları haqqında danışarkən, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov iyunun 30-da Türkiyədə bildirib ki, Moskva Ermənistan-Azərbaycan və Qarabağ məsələləri ətrafında Ankara ilə sıx əməkdaşlıqdan məmnundur.

Rusiya və Türkiyənin Xarici İşlər nazirləri bu yaxınlarda Antalyada növbəti dəfə Qarabağ məsələsi, eləcə də digər məsələlər ətrafında danışıqlar aparıblar. Danışıqlardan sonra baş tutmuş birgə mətbuat konfransında Sergey Lavrov deyib ki, Moskva və Ankara Bakı və İrəvanın münasibətlərini qaydasına salmaq işində rus-türk səylərini sıx şəkildə koordinasiya etmək barədə razılığa gəlib. Lavrov vurğunu möhkəmləndirmə tədbirlərinə qoyub. Lavrov və Çavuşoğlu söhbətin xüsusən hansı tədbirlərdən getdiyini söyləməyiblər.

Birgə mətbuat konfransında müxtəlif sahələrdə yalnız dərinləşən rus-türk əməkdaşlığı haqqında danışıblar, ətrafında onların sıx şəkildə əməkdaşlıq etdikləri regional məsələlərdən birincisi olaraq isə Cənubi Qafqazdakı vəziyyəti və Moskva ilə Ankaranın töhfə verməli olduğu Ermənistanla Azərbaycanın mümkün barışmasını qeyd ediblər.

“Biz Azərbaycanın Ağdam rayonundadakı Qarabağ zonasında atəşkəsə nəzarət edən rus-türk birgə mərkəzinin fəaliyyətindən məmnunuq. Əminik ki, nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması və Cənubi Qafqazda çoxtərəfli iqtisadi əməkdaşlığı təşviq etmək səylərimiz hərtərəfli sabitləşmə məqsədlərinə xidmət edəcək”, - deyə Sergey Lavrov bildirib.

Lavrova, həmçinin Türkiyə prezidentinin bu yaxınlarda Şuşaya etdiyi səfəri necə qiymətləndirməsi barədə sual ünvanlayıblar.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev bu səfər çərçivəsində Şuşa Bəyannaməsini imzalayıblar. Azərbaycandan Türkiyəyə qayıdan kimi isə Ərdoğan Azərbaycanda Türkiyə hərbi bazasının yerləşmə mümkünlüyü barədə də danışıb. Lakin iyulun 1-də Lavrov Şuşa Bəyannaməsi və postsovet Azərbaycanında Türkiyə hərbi bazası ilə bağlı Moskvanın narahatlıqları haqqında danışmayıb, əksinə vurğulayıb: “Ərdoğanın Azərbaycana səfəri Türkiyə və Azərbaycan arasında ikitərəfli münasibətlər çərçivəsində baş verib”.

Moskva və Ankara bütün imkanlardan istifadə etməklə Ermənistan-Azərbaycan barışığını təşviq etmək barədə razılığa gəliblər.

Türkiyə NATO-nun üzvüdür, o qədər vacib üzvdür ki, məsələn, Amerika qoşunları Əfqanıstandan çıxdıqdan sonra bu ölkədə və regionda NATO-nun hərbi qüvvələrinin koordinatoru rolunu Türkiyə üzərinə götürüb. Bu həm də o deməkdir ki, Türkiyənin Mərkəzi Asiyada da təsiri görünməmiş səviyyədə böyüyüb. Regionumuzda Türkiyənin güclənən roluna gəlincə, rusiyalı analitiklər bunu artıq reallıq kimi qəbul edirlər.

Türkiyənin Azərbaycanda hərbi varlığı Cənubi Qafqazda NATO varlığı deməkdir. Lakin Rusiyanın Xarici İşlər naziri bu məsələ haqqında çox danışa bilmir, eləcə də Türkiyə ilə, məsələn, Ukrayna məsələsində, Suriyada və Livanda kəskin fikir ayrılıqlarından mümkün qədər yayınır. Lavrov vurğulayır ki, Ermənistan-Azərbaycan barışığı işində əsas mövzulardan biri regionda ticari-iqtisadi, nəqliyyat əlaqələrinin bərpasıdır, diplomatik dildən tərcümə etsək, Zəngəzur dəhlizidir.

Türk və azərbaycanlı analitiklər müharibədən sonrakı dövrdə dəfələrlə qeyd edirlər ki, Zəngəzur dəhlizi Şuşanın işğaldan azad edilməsi qədər vacib məsələdir. Rus mətbuatı mütəmadi olaraq bildirir ki, Türkiyə Cənubi Qafqaz, Mərkəzi Asiya və tarixən Rusiyanın təsir zonası hesab edilmiş regionlarda Moskvadan daha vacib oyunçuya çevrilib. Rusiya bu regiondakı addımlarını türklərlə razılaşdırmağa məcburdur, çünki Qarabağ müharibəsindən sonra vəziyyət kəskin şəkildə dəyişib.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   Türkiyə   Azərbaycan   Zəngəzur  

Moskva Qarabağ müharibəsinin nəticələri ilə barışır - Zəngəzur dəhlizi reallaşacaq

2020/06/44-1592036113.jpg
Oxunub: 2725     20:57     03 İyul 2021    

Bizi "telegram"da izləyin