İndoneziya donanmasına “ScanEagle 2” PUA-ları təhvil verilir

2021/07/SE_Ga-1625291471.jpg
Oxunub: 959     19:29     07 İyul 2021    
İndoneziya Hərbi Dəniz Qüvvələrinə “Boeing” şirkətinə daxil olan “Insitu” tərəfindən istehsal edilən “ScanEagle 2” PUA-larının təhvil verilməsi başlanılıb.

Ordu.az “Janes” nəşrinə istinadən xəbər verir ki, bu barədə İndoneziya donanmasının rəsmiləri məlumat verib.

PUA-lar ABŞ tərəfindən hədiyyə edilib. Neçə PUA-nın təhvil verildiyi barədə məlumat verilməyib. Nəşr yazır ki, ən azı 8 PUA tədarük edib.

PUA-lar ABŞ hökuməti tərəfindən Cənub-Şərqi Asiya donanmaları üçün Dəniz Təhlükəsizliyi Təşəbbüsü (MSI) çərçivəsində qrant kimi verilir.

Proqram çərçivəsində İndoneziyadan başqa Malayziya, Filippin, Vyetnama da PUA-lar tədarük ediləcək.

Təxminən 3 milyon dollar dəyərində olan “ScanEagle” 20 saatdan çox uçuş müddətinə malikdir və aşağı hündürlükdə uçaraq müşahidə əməliyyatları apara bilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İndoneziya   “ScanEagle2”   PUA  


Bizi "telegram"da izləyin