Türkiyə Orta Asiya günəşinin yeni enerjilərini toplayır

2021/07/768-1625224048.jpg
Oxunub: 1910     15:10     02 İyul 2021    
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Antalyada Türkiyənin Xarici İşlər naziri Çavuşoğlu ilə görüşdən sonra bildirib ki, Moskva və Ankara Ermənistan-Azərbaycan tənzimləməsi istiqamətində koordinasiyalı şəkildə işləməyə davam edəcəklər.

Bu işin perspektivindən kim şübhə etmişdi və ya “koordinasiya”nın pozulması ilə bağlı kim şübhə yaratmışdı?

İyunun 14-də və 16-da əvvəlcə Ərdoğan, daha sonra isə Rusiya prezidenti Putin ABŞ prezidenti Co Baydenlə ayrıca söhbətlər edib. Baydenlə görüşündən sonra Ərdoğan İlham Əliyevlə Şuşa Bəyannaməsini imzalayıb və hərbi bazaların yerləşdirilməsi müzakirə edilirdi.

Baydenlə görüşündən sonra Rusiya prezidenti Putin əslində Qərbi “təhdid edib”, Krım sularına daxil olmuş Britaniya hərbi gəmisinə qarşı sərt və xəbərdarlıq atəşləri açıb, ötən günlərdə də bildirib ki, hətta gəmini batıra bilərdi və Qərb müharibəyə getməyəcəkdi. Beləliklə, Baydenlə görüşdən sonra müxtəlif, lakin bərabər şəkildə Ərdoğan da, Putin də əzələ göstərməyə çalışırlar. ABŞ-ın yeni prezidenti onlara yeni “ruh” verib, yoxsa əksinə, onların qarşısında suallar qoyub və bu sualların cavabının yoxluğu, yaxud uyğun cavaba malik olmamaq həm Ərdoğanın, həm də Putinin üslubu olan əzələləri göstərməklə ört-basdır etmək cəhdidir.

Aydındır ki, onlar bir-birlərindən şübhə edirlər, lakin eyni zamanda bir-birlərindən ayrıla bilməzlər. Lakin bu baxımdan təkcə Çavuşoğlu və Lavrovun Antalya görüşü yox, həmçinin buna paralel olaraq Türkiyənin Müdafiə naziri Hulusi Akarın Orta Asiya səfəri olduqca əhəmiyyətli reallıqdır. Hulusi Akar Qırğızıstanda, daha sonra isə Tacikistanda olub, hərbi əməkdaşlıq məsələsində Türkiyənin hazılığını bildirib, Bişkek və Düşənbədən bənzər cavablar eşidib.
Yeri gəlmişkən, həmin o Bişkek və Düşənbədə ki, KTMT üzvüdürlər və bir neçə həftə əvvəl məhz Düşənbədə ATƏT-in TŞ katiblərinin toplanışı günü ölüm və yaralılarla nümayiş olunan hərbi toqquşma yaşayıblar...

Və Lavrov Antalyada rus-türk münasibətlərində yeni “günəş enerjisi” qazandığını iddia edərkən Akar Türkiyənin hərbi-siyasi ambisiyaları üçün Orta Asiya günəşinin yeni enerjilərini toplayır, bu dəfə bunu artıq Rusiyanın cənub-şərq sərhədi boyunca həyata keçirir.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Çavuşoğlu   Lavrov  

Türkiyə Orta Asiya günəşinin yeni enerjilərini toplayır

2021/07/768-1625224048.jpg
Oxunub: 1911     15:10     02 İyul 2021    

Bizi "telegram"da izləyin