Türkiyə və Ukrayna arasında hərbi təlimlər: Moskva niyə narahatdır?

2021/07/23423-1625224278.jpg
Oxunub: 960     15:53     02 İyul 2021    
“Yaxın gələcəkdə türk və ukraynalı hərbçilər Ukrayna ərazisində birgə hərbi təlimlər keçirəcəklər”.

Bu barədə Ukrayna ordusunun quru qüvvələrinin komandanlığı bildirib və qeyd edib ki, yüksək rütbəli türk hərbçilərin Kiyevə etdiyi səfər çərçivəsində ikitərəfli hərbi əlaqələrin möhkəmləndirilməsi haqqında razılaşmalar əldə olunub.

“Bundan başqa, Kiyev və Ankara razılaşma əldə edib, buna əsasən, Türkiyə ölkəmiz Ukraynanın Silahlı Qüvvələri üçün zabit kadrları hazırlamaq məqsədilə hərbi təlimatçılar göndərəcək”, - deyə bəyanatda qeyd olunub.

Türkiyə tərəfi ilə danışıqların əsas iştirakçılarından biri olan Ukrayna ordusunun quru qüvvələrinin komandiri Aleksandr Sirskinin sözlərinə görə, Ankara və Kiyev arasında hərbi münasibətlərin dərinləşdirilməsi təsadüfi deyil.

Ukraynalı yüksək rütbəli hərbçi Türkiyəni “strateji müttəfiq” adlandıraraq vurğulayıb: “Biz kifayət qədər böyük təcrübəyə malikik, bunu bir-birmizlə bölüşə bilərik, axı iki dövlətin ordusu hazırda da hərbi əməliyyatlar həyata keçirir”. Rəsmi Kiyev onu da xatırladır ki, Ukrayna və Türkiyə Silahlı Qüvvələri arasında münasibətlərin yaxınlaşmasının növbəti mərhələsi bu ilin yazında başlayıb.

Mart ayında Ukrayna ordusunun bir sıra yüksək rütbəli komandirlərindən ibarət nümayəndə heyəti Ankaraya gəlib, Türkiyə Silahlı Qüvvələrinin quru qüvvələrinin komandiri Ümit Dündarla danışıqlar aparıb. General Döndər Türkiyə ordusunun ən nüfuzlu komandirlərindən biridir.

Kiyev və Ankaranın münasibətlərinə qayıdaraq qeyd edək ki, Ukrayna quru qoşunlarının komandirinin sözlərinə görə, məhz Ümit Dündarla əldə edilmiş razılaşmalar sayəsində Türkiyə Ukrayna ərazisində birgə hərbi təlimlər keçirmək perspektivinə başlayıb. Tərəflərin Türkiyə-Ukrayna hərbi-siyasi əlaqələrinin yaxınlaşdırılması haqqında Antalyada Rusiya və Türkiyə Xarici İşlər nazirlərinin danışıqlarından bir gün əvvəl danışması diqqətçəkicidir.

Rəsmi Moskva Kiyev və Ankaranın hərbi əlaqələrinin möhkəmləndirilməsinə qarşı mənfi münasibətini gizlətmir, bunu ilk növbədə Kiyev və Şimali Atlantika Müqaviləsi arasında münasibətlərin dərinləşdirilməsi kontekstində nəzərdən keçirir. Məsələn, ötən həftə Rusiya Xarici İşlər naziri Sergey Lavrov öz çıxışlarından birində xüsusi şəkildə qeyd edirdi ki, öz türk həmkarı ilə “Ukraynanın NATO-ya cəlb edilməsi məsələsini” müzakirə etməyə hazırlaşır.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Türkiyə   Ukrayna   Rusiya   Təlim  

Türkiyə və Ukrayna arasında hərbi təlimlər: Moskva niyə narahatdır?

2021/07/23423-1625224278.jpg
Oxunub: 961     15:53     02 İyul 2021    

Bizi "telegram"da izləyin