Ordu.az xəbər verir ki, bu barədə “Boeing” şirkətinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, Almaniya hökuməti ilə şirkət arasında müqavilə imzalanıb və beələliklə Berlin dünyada bu təyyarələrin 8-ci müştərisi olub.
Yeni təyyarələr 2024-cü ilədək hazırda Almaniya donanmasının arsenalında olan “Lockheed Martin” istehsalı P-3C “Orion” patrul təyyarələrini əvəz edəcək.
Almaniyada “Poseidon” təyyarələrinin alınması uzun müddətdir müzakirə olunurdu. Bu ilin mart ayında ABŞ Dövlət Departamenti təyyarələrin satılmasına ilkin razılığı verib. Bir neçə gün öncə isə Almaniya parlamenti təyyarələrin alınması üçün müvafiq büdcəni təsdiq edib.
Təyyarələr, əlaqəli avadanlıqlar, təlim və texniki dəstək paketini əhatə edən müqavilənin ümumi dəyəri 1.77 milyard dollardır.
P-8A “Poseidon” təyyarələri “Boeing 737-800” sərnişin təyyarəsinə əsaslanan yeni nəsil sualtı əleyhinə patrul təyyarəsidir. Təyyarələr AN/APS-137D (V) 5 radarı və AN/APY-10 radioelektron mübarizə vasitələri ilə təchiz edilib. Təyyarənin daxili silahlanma bölməsində sualtı qayıqları məhv edə bilən torpedolar mövcuddur.
Sevinc Əliyeva
Ordu.az