Rusiya Ermənistanı “girov” qoyub: Lavrovun məqaləsi

2021/06/Untit-1624960691.jpg
Oxunub: 1317     16:10     29 İyun 2021    
Rusiya Xarici İşlər naziri Lavrov Putin-Bayden görüşünün “iz”i ilə məqalədə dərc etdirib. Məqalədə Lavrov Amerika-Rusiya münasibətinin perspektivi, Qərbin davranışı, Rusiya və Çini qaydalara məcbur etmək istəkləri haqqında danışır.

Məqalə maraqsız deyil, lakin prinsipcə yeni heç nə ehtiva etmir. Birmənalı olaraq başqa bir hal daha maraqlıdır. Rusiya Xarici İşlər naziri Lavrov məqalə ilə Qərbə qarşı “döyüşür” və həmçinin bu kontekstdə Qara dənizdə baş tutan “Sea Breeze-2021” hərbi təlimini və bunun görünməmiş miqyasını qeyd edir, paralel olaraq Qafqazda, Azərbaycanda növbəti Türkiyə-Azərbaycan hərbi təlimini şərh edir.

Əlbəttə, bu, öz miqyasına görə NATO hərbi təlimi deyil, lakin NATO üzvü olan Türkiyə son ildə Azərbaycanla müxtəlif miyaslı və xarakterli on və ya daha artıq hərbi təlim keçirib, habelə müharibə baş verib.

Və Lavrov bütün bunlara məqalə ilə cavab verməyib, əksinə Türkiyənin bu ambisiyalarını nəzərə almağı və Ankara ilə razılaşmağı Rusiyanın siyasi, diplomatik, hərbi-siyasi nailiyyəti kimi təqdim edib.

Əlbəttə, əslində bütün bunlar Lavrovun və Rusiyanın bütün siyasi-diplomatik elitasının böyük maliyyə-iqtisadi nailiyyətidir, bu nailiyyət Rusiyada hakimiyyət formasında, Türkiyə və Azərbaycanın işgüzar dairələri ilə əlaqələr və s. formada ifadə olunur. Bütün bunların qarşılığında Moskva strateji müttəfiqi ilə birlikdə Qafqazı girov qoyub, çünki rus elitası üçün Ermənistan hər zaman müttəfiq yox, sikkə, “ən yaxşı” halda isə girov olub.

Üstəlik, Rusiyanın bir müddət sonra borclarını ödəmək üçün daha qabiliyyətli olacağına və girovu “geri götürməyi” bacaracağına heç bir zəmanət yoxdur. Buna görə də “girov qoyulmuş” vəziyyətdən çıxmaq məsələsi Ermənistana aiddir.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   Ermənistan  

Rusiya Ermənistanı “girov” qoyub: Lavrovun məqaləsi

2021/06/Untit-1624960691.jpg
Oxunub: 1318     16:10     29 İyun 2021    

Bizi "telegram"da izləyin