Erməni terror-təxribatçı dəstənin məhkəməsi iyulun 2-də davam etdiriləcək - YENİLƏNİB

2021/06/66-1624355520.jpg
Oxunub: 1671     17:04     29 İyun 2021    
Azərbaycan ərazisində terror-təxribat və digər əməllər törətməkdə təqsirləndirilən erməni silahlı dəstələrinin 14 üzvü - Avakyan Qraç Arzumanoviç, Serobyan Geğam Samveloviç, Baqasyan Armen Yegizari, Qasparyan Qor Vaqramini, Sefilyan Kamo Karenoviç, Hakobyan Volodiya Vaçaqani, Asetryan Gevorq Norairoviç, Yenqoyan Sisak Qrişai, Petrosyan Albert Kamoyeviç, Sedrakyan Romik Misakini, Minasyan Aram Qarnikoviç, Minosyan Mkrtıç Simonoviç, Matesyan Edqar Vaçaqanoviç və Karapetyan Yuri Tiqranoviçin cinayət işi üzrə məhkəmə prosesi bu gün fasilədən sonra davam etdirilib.

Ordu.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Petrosyan Albert Kamoyeviç ifadə verib.

O da digər təqsirləndirilən şəxslərlə eyni məzmunlu ifadə verib.

Qeyd edib ki, Azərbaycan hərbçiləri tərəfindən saxlandıqdan sonra onlara heç bir təzyiq göstərilməyib: "Bizə insani münasibət göstərdilər. Su və siqaret verdilər. Silah-sursatlarımızı onlara təhvil verdik. Azərbaycanlılar 300-400 nəfər idi".

Daha sonra prosesdə Qasparyan Qor Vaqramini ifadə verib. O da noyabr ayında Gümrüdə yerləşən hərbi komissarlığına çağırıldığını, Laçına, oradan da Hadrut istiqamətində dağa aparıldıqlarını deyib: "Bir neçə gündən sonra dağdan düşəndə Azərbaycan hərbçiləri tərəfindən saxlanıldıq. Silahlarımızı verərək təslim olduq".

Prokurorun sualını cavablandıran təqsirləndirilən şəxs deyib ki, Laçında sülhməramlıların yanından silahları ilə birlikdə keçiblər.

Qasparyan Qor Vaqraminin istintaqa ifadəsi də elan olunub. O, ifadəsində deyib ki, məqsədləri qarovolda dayanaraq olduqları ərazidən kiminsə keçməsinin qarşısına almaq olub: "Tapşırıq ondan ibarət idi ki, Azərbaycan tərəfindən kimsə gəlsə, onlara silahla müqavimət göstərməliyik".

Prosesdə təqsirləndirilən Minasyan Aram Qarnikoviç, Sefilyan Kamo Karenoviç, Baqasyan Armen Yegizari və Yenqoyan Sisak Qrişai də digərləri ilə oxşar ifadə verib.

Onların ibtidai istintaqa ifadələri də elan edilib.

Adları qeyd olunan şəxslər istintaqda bildiriblər ki, Azərbaycan Ordusunun hərbçiləri onların olduğu əraziyə yaxınlaşacağı təqdirdə, silahla müqavimət göstərmək əmri alıblar.

Hakim təqsirləndirilən şəxslərin hamısının ifadəsinin dinlənildiyini elan edib.

“İş üzrə iki nəfər şahid var. Onlar da gələn proses dəvət olunaraq dindiriləcək", - deyə hakim bildirib.

Məhkəmə prosesi iyulun 2-də davam etdiriləcək.

****
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölkə ərazisində terror-təxribat törədən erməni silahlı dəstələrinin üzvləri - Avakyan Qraç Arzumanoviç, Serobyan Geğam Samveloviç, Baqasyan Armen Yegizari, Qasparyan Qor Vaqramini, Sefilyan Kamo Karenoviç, Hakobyan Volodiya Vaçaqani, Asetryan Gevorq Norairoviç, Yenqoyan Sisak Qrişai, Petrosyan Albert Kamoyeviç, Sedrakyan Romik Misakini, Minasyan Aram Qarnikoviç, Minosyan Mkrtıç Simonoviç, Matesyan Edqar Vaçaqanoviç və Karapetyan Yuri Tiqranoviçin cinayət işi üzrə məhkəmə iclası keçirilir.

Ordu.az xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən G.Asetryan dindirilib.

O bildirib ki, noyabrın 27-də onları Gümrüdə yerləşən hərbi komissarlıqda toplayaraq Azərbaycanın Laçın rayonuna gətiriblər: “Səhər tezdən yola düşəndə Rusiya sülhməramlıları bizi yoxlamadan yola saldı. Dağın ətəyində maşından düşüb, oranı piyada qalxmağa başladıq. Dedilər ki, həmin ərazidə olan erməni əsgərləri dəyişəcəyik. Komandirimiz polkovnik-leytenant Arsen Kazaryan idi. Bizi dağın başında bir nöqtədə yerləşdirdi, müşahidə aparırdıq. Orada 10 gündən çox qaldıq. Dekabrın 13-də tapşırıq gəldi ki, dağdan düşək, evə qayıdırıq. Biz də həmin gün dağdan aşağı endik. Bu zaman Azərbaycan Silahlı Qüvvələri tərəfindən saxlandıq. Təslim olub bütün silahlarımızı Azərbaycan əsgərlərinə təhvil verdik".

Hakim Ə.Hacıyev elan edib ki, G.Asetryanın məhkəmədə verdiyi ifadə ilə istintaqda verdiyi ifadəsi arasında ziddiyyət var. Bu səbəbdən onun istintaqa verdiyi ifadəsi məhkəmədə oxunub.

O, istintaqda dindirilən zaman deyib ki, həmin ərazidə Azərbaycan Ordusunun hərbiçiləri gələcəyi təqdirdə, silahlı müqavimət göstərməklə bağlı tapşırıq alıblar. G.Asetryan ifadəsini təsdiqləyib.

Daha sonra təqsirləndirilən şəxs qismində V.Hakobyan dindirilib. Onun sözlərinə görə, noyabrın ayında Gümrüdə yerləşən hərbi komissarlıqdan çağırışçı kimi dəvət alıb: “Həmin ayın 27-də komissarlıqdan bildirildi ki, gedib ərazidə olan hərbiçilərimizin növbəsini təhvil alacağıq, sonra geri qayıdacağıq. Bizə orada silah-sursat verildi və “Ural”la yola düşərək Laçına getdik. Komandirimiz Kazaryan Rusiya sülməramlıları ilə nəsə danışdı. Onlar bizi yoxlamdan yola saldılar. Yenidən yola düşdük, dağın ətəyində maşından düşərək yuxarı qalxdıq. Kazaryan bizi dağın başına çıxartdı və bir neçə gün orada qalmağımızı tapşırdı. Biz də dağda müşahidə aparırdıq. Çadırlar qurduq, ərzaqla təmin edildik. Kazaryanın dediyi vaxt bitdi, lakin bizi dəyişən olmadı. Kazaryan dekabrın 13-də tapşırıq verdi ki, dağdan aşağı düşək, evə qayıdırıq. Dağdan düşəndə yolu səhv saldıq. Bu zaman Azərbaycan Silahlı Qüvvələri tərəfindən saxlanıldıq. 60 nəfərə yaxın idik, təslim olduq”.

Prosesdə fasilə elan olunub.

***

Ordu.az-ın xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər dindirilir.

****

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölkə ərazisində terror-təxribat törədən erməni silahlı dəstələrinin üzvləri - Avakyan Qraç Arzumanoviç, Serobyan Geğam Samveloviç, Baqasyan Armen Yegizari, Qasparyan Qor Vaqramini, Sefilyan Kamo Karenoviç, Hakobyan Volodiya Vaçaqani, Asetryan Gevorq Norairoviç, Yenqoyan Sisak Qrişai, Petrosyan Albert Kamoyeviç, Sedrakyan Romik Misakini, Minasyan Aram Qarnikoviç, Minosyan Mkrtıç Simonoviç, Matesyan Edqar Vaçaqanoviç və Karapetyan Yuri Tiqranoviçin cinayət işi üzrə məhkəmə iclası keçiriləcək.

Ordu.az-ın xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçiriləcək prosesdə təqsirləndirilən şəxslərin dindirilməsi davam etdiriləcək.

Xatırladaq ki, 10 noyabr 2020-ci ildə tarixdə Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatla atəşkəsin elan olunmasından sonra Azərbaycan Respublikasının ərazisinə qanunsuz olaraq gizli yollarla keçib Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik ərazidə mövqe tutaraq hərbi qulluqçularımıza və mülki şəxslərə qarşı terror-təxribat və digər cinayət əməlləri törədən erməni silahlı dəstələrinin Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən 13 dekabr 2020-ci il tarixdə keçirilmiş anti-terror əməliyyatı nəticəsində tərksilah edilmiş üzvləri barəsində DTX-nin İstintaq Baş idarəsində başlanmış cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Aparılan istintaqla müəyyən edilib ki, Ermənistan Respublikasının vətəndaşlarından ibarət bir qrup şəxs qanunsuz şəkildə odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə edərək qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr yaradıblar. Həmin birləşmələrin üzvləri 26-27 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq mütəşəkkil dəstə halında keçməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik və digər ərazilərində döyüş mövqeləri tutaraq 13 dekabr 2020-ci il tarixədək olan müddət ərzində ölkə ərazisində yerləşən müəssisə, idarə, təşkilatlara, habelə ayrı-ayrı şəxslərə silahlı basqınlar etmiş, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər terror əməlləri törədiblər.

Sadalanan faktlarla bağlı qanunsuz silahlı birləşmənin üzvləri Avakyan Qraç Arzumanoviç, Serobyan Geğam Samveloviç və digərlərinin, ümumilikdə 14 təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3-cü (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə), 279.2-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunmalarına dair cinayət işinin istintaqı yekunlaşdırılaraq Azərbaycan Respublikası Baş Prokurorunun müavini tərəfindən təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

Erməni terror-təxribatçı dəstənin məhkəməsi iyulun 2-də davam etdiriləcək - YENİLƏNİB

2021/06/66-1624355520.jpg
Oxunub: 1672     17:04     29 İyun 2021    

Bizi "telegram"da izləyin